ÜST-dən yeni COVID bəyanatı: insana yoluxduranı axtarırdılar, heyvana yoluxduranı tapdılar

23
Mütəxəssisin sözlərinə görə, insanlarla təmasdan sonra susamuru, itlər, pişiklər, şirlər, pələnglər və yenot itlər arasında koronavirusa yoluxma halı təsbit olunub.

BAKI, 5 aprel - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, insanlar ev heyvanlarını və bəzi vəhşi heyvanları COVID-19-a yoluxdura bilərlər. 

"COVID-19 virusu əsasən insandan-insana keçir, amma insandan heyvana keçməsi faktları da var, çünki bu, zoonoz virusdur. Aralıq virus daşıyıcısı isə hələ təyin olunmayıb", - ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.

Onun sözlərinə görə, insanlarla təmasdan sonra susamuru, itlər, pişiklər, şirlər, pələnglər və yenot itlər arasında koronavirusa yoluxma halı təsbit olunub.

Qeyd edək ki, martın 30-da ÜST koronavirusun mənşəyinin araşdırılması məqsədilə Çinin Uhan şəhərinə ezam olunmuş beynəlxalq ekspertlər qrupunun məruzəsinin tam versiyasını dərc edib. Məruzədə COVID-19-un laboratoriyadan yayılması "ağlabatan sayılmır". Bundan bir gün əvvəl isə "Associated Press" hələ dərc olunmamış hesabata istindən xəbər vermişdi ki, çinli alimlər və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çində apardıqları birgə elmi araşdırmalar nəticəsində qənaətə gəliblər ki, yeni növ koronavirus yarasadan insana naməlum aralıq heyvan vasitəsilə keçib. Bu, hazırkı ana ən etibarlı nəzəriyyə hesab olunur.

 

23
Teqlər:
heyvan, insan, Koronavirus, ÜST
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

4
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

4
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu
Aleksey Navalnı, arxiv şəkli

Navalnını vərəm xəstəxanasında təkadamlıq kameraya saldılar

4
Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı.

BAKI, 20 aprel - Sputnik. "Hazırda sərt rejimli koloniyanın vərəm xəstəxanasının təkadamlıq kamerasında olan Aleksey Navalnı özü ona qlükoza köçürülməsinə razılıq verib". 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə onun vəkili Olqa Mixaylova jurnalistlərə deyib.

Moskvanın Simonov məhkəməsinin fevralda "İv Roşe" şirkəti üzrə işə görə şərti cəzanı ləğv edib 3.5 il ümumi rejimli koloniyada həbs cəzası kəsdiyi Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı. Olqa Mixaylova Navalnının durumu ilə əlaqədar bildirmişdi ki, onun ayaqları və kürəyi ağrıyır. Federal Cəzaların İcrası Xidməti (FCİX) müayinədən sonra Navalnının vəziyyətini stabil və qənaətbəxş adlandırmış və koloniyada bütün lazımi tibbi yardımı aldığını bildirmişdi.

Ötən həftə Vladimir vilayətinin FCİX-dən bildirmişdilər ki, Navalnını aprelin 5-dən 9-dək Pokrovdakı islah koloniyasının tibbi-sanitar bölməsində saxlayıb, sonra "səhhəti yaxşılaşdığından" geriyə, dəstəyə qaytarıblar. Bazar ertəsi isə həkimlər komissiyası Navalnının koloniyadan Vladimirdəki məhkumlar üçün vilayət xəstəxanasına köçürülməsinə qərar veriblər.

 

4
Teqlər:
kamera, vərəm, həbsxana, Rusiya, Aleksey Navalni