Postpandemiya dövrünün dövlətləri: KİV-in proqnozu

© © cnsphoto via REUTERSÇində zavod işçiləri, arxiv şəkli
Çində zavod işçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Abunə olmaq
Ekspertlər proqnozlaşdırırlar ki, ümumilikdə dünya iqtisadiyyatının bərpası rekord ahənglə davam edəcək və son yarım əsrlə müqayisədə artımı rekord 6.9 faizə çatacaq.

BAKI, 4 aprel - Sputnik. 2021-ci ildə dünya ölkələri koronavirus pandemiyasından sonra sürətli templərlə iqtisadiyyatlarını dirçəldəcəklər, ancaq bəziləri, o cümlədən Rusiya, "postpandemiya dünyası"nın liderləri - ABŞ və Çindən geri qalacaqlar.

Sputnik Azərbaycan bildirir ki, bu cür proqnoza Bloomberg Economics yer ayırıb. Nəşrin məlumatına görə, geriliyə səbəb əhalinin COVID-19-dan peuvəndlənməsi tempi və sərt monetar siyasətdən asılı olacaq. 

Ситуация в связи с эпидемиологической обстановкой в Германии  - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Peyvənd olunmuş almanlara güzəştlər ediləcək

Ekspertlər proqnozlaşdırırlar ki, ümumilikdə dünya iqtisadiyyatının bərpası rekord ahənglə davam edəcək və son yarım əsrlə müqayisədə artımı rekord 6.9 faizə çatacaq. 2008-ci il böhranından fərqli olaraq bu bərpa birtərəfli ola bilər - səbəb də əhalinin vaksinasiya templəri və dövlətlərin fərqli maliyyə siyasətidir. 

ABŞ bərpa üzrə lider olacaqsa, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Yaponiyanın iqtisadiyyatı kiçiləcək. İnkişaf etməkdə olan ölkələrə COVID-19-a qalib gəlmiş Çin başçılıq edəcək. Braziliya, Hindistan və Rusiya isə "xeyli geridə qalacaqlar". 

Bloomberg-in ekspertləri deyirlər ki, ABŞ-da əhalinin dörddə biri artıq peyvəndlənib, Avropa İttifaqında isə bu göstərici heç 10 faizə, Meksika, Braziliya, Rusiyada - 6 faizə çatmayıb.

JPMorgan Chase-in əsas iqtisadçısı Bryus Kasman bildirib ki, 2020-ci ildə pandemiyanın yaratdığı böhrana cavab olaraq bir çox ölkələrdə, o cümlədən Türkiyə, Braziliya və Rusiyada mərkəzi banklar faiz dərəcələrini endirdilər, indi isə inflyasiyanın artması və maliyyənin başqa ölkələrə sızması qorxusundan monetar siyasəti sərtləşdirirlər. 

Xəbər lenti
0