Alimlər koronavirusdan vaksin tapmağa çalışırlar, arxiv şəkli

Ayda 200 milyon doza vaksin istehsal edəcəklər

10
Son məlumatlara görə, Avropada 40 milyon insan COVID-19-a yoluxub, 28 milyon sağalıb, 925 min nəfər həyatını itirib.

BAKI, 4 aprel - Sputnik. Daxili bazar üzrə komissar Tyerri Breton bəyan edib ki, Avropa İttifaqı sentyabrdan etibarən ayda 200 milyon doza koronavirus əleyhinə vaksin istehsal edə biləcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Le Parisien yazır.

O xatırladıb ki, yanvarda Aİ 14 milyon, fevralda 28 milyon, martda isə 60 milyon doza vaksin istehsal edib. Növbəti rübdə Brüssel 100 milyon doza göstəricini hədəfləyib. 

"Yayda göstərici 120 milyona bərabər olacaq, sentyabrdan isə 200 milyon doza istehsalına başlayacağıq", - Breton deyib.

Avrokomissar bildirib ki, ikinci yarımildə Avropa İttifaqında 800 milyon doza preparat olacaq. 

Son məlumatlara görə, Avropada 40 milyon insan COVID-19-a yoluxub, 28 milyon sağalıb, 925 min nəfər həyatını itirib. 

 

 

10
Teqlər:
Avropa İttifaqı, istehsal, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

10
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

10
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

137
(Yenilənib 23:35 19.04.2021)
Müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub.

BAKI, 19 aprel - Sputnik. 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.

Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:

“Eyni zamanda Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan münasibətlərinə qəsdən zərər vurmaqla bağlı cəhdlər də olub. Destruktiv proseslərin asanlaşdırılması üçün Gürcüstanın cari hadisələrdə müxtəlif formada iştirak etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb”.

Qeyd edilib ki, müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub: “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”.

137
Xadimə hoteldə hamam otağını təmizləyir, arxiv şəkli

Azərbaycanda pandemiya ocaqları: Birgünlük kirayə evlərdə vəziyyət necədir

32
(Yenilənib 23:22 19.04.2021)
"Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur" - Ədalət Rüstəm.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bu günlərdə Türkiyədə birgünlük kirayə verilən evlərdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reyd keçirilib. Səbəb pandemiyanın geniş yayıldığı şəraitdə belə evlərdə sanitar-gigiyenik tələblərə əməl edilməməsidir. 

Azərbaycanda da birgünlük kirayə evlər var. Bu evlərin qiyməti 3 manatdan başlayır. 3, 10, 15-35 manat arasında da birgünlük kirayə evlər tapmaq mümkündür.

Bəs, görəsən bu evlərdə sanitar-gigiyenik tələblər gözlənilirmi?

Sputnik Azərbaycan belə evlərin sahibləri və maklerlərlə əlaqə saxlayıb. Onlar bu evlərin vaxtaşırı dezinfeksiya edildiyini iddia ediblər. Lakin məsələnin gerçəkdə necə olduğunu heç kəs bilmir. 

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Türkiyədə baş verən bu hadisə çox maraqlı təcrübədir və Azərbaycan üçün də aktualdır. Deputataın fikrincə, bu istiqamətdə böyük təbliğat işi aparılmalıdır. Çünki belə vəziyyətdə evini kirayəyə verən sahiblərin də yoluxma təhlükəsi var. 

"Daxili İşlər Nazirliyinə belə yerlərə vaxtaşırı reyd keçirmə icazəsi verilməlidir. DİN və vergi orqanları ilə birgə reydlər keçirilə bilər", - deyə o, əlavə edib.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm isə əməkdaşımıza birgünlük evlərin təhlükəsindən danışarkən deyib: ""Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur. Təsəvvür edin, biri 3-5 gün fəhlə işləyib o evi tərk edəndən sonra bir başqa fəhlə həmin evdə kirayədə qalır. COVID-19-dan öncə də belə evlər var idi. Bu evlər infeksiya mənbəyidir və orada yoluxma ehtimalı yüksəkdir. Polis tərəfindən əməliyyat keçirilərək cəzalandırma tədbirlərinin görülməsi normal haldır".

Əli Rüstəmin sözlərinə gröə, Nəsimi bazarı, Biləcəri tərəfdə də belə evlər var: "Bir həyətdə 30 ailə yaşayır. Təbii ki, bu evlər, ərazilər infeksiya mənbəyidir. Virusun yayılmasında belə evlərin də rolu var".

Azərbaycanın hüquq-mühafizə orqanları isə hələlik belə müvəqqəti yaşayış yerlərində reyd keçirmək barədə fikirləşmirlər. "Bu barədə yuxarıdan hər hansı əmr və ya təlimat gəlməyib. Gəlsə, təbii ki, reyd keçiriləcək və sanitar-gigiyenik qaydaları pozanlar cəzalandırılacaq", - deyə paytaxt polisindən bildiriblər. 

32