Donald Tramp, arxiv şəkli

Tramp məşhur şirkətlərə qarşı: "Kolanı da almayın"

18
"Demokratlar özləri onların təşəbbüslərinə qarşı çıxan şirkətləri boykot eləməklə çirkin oyuna başlayıblar" - Donald Tramp

BAKI, 4 aprel - Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçılar partiyasındakı tərəfdarlarını Corciya ştatındakı yeni seçki qanununu tənqid edən şirkətləri boykot etməyə çağırıb.  Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Fox News süjet hazırlayıb.

Söhbət yeni qanuna qarşı çıxan Əsas Beysbol Liqası (Major League Baseball), qazlı içkilərin istehsalçısı Coca-Cola şirkəti, Delta Airlines aviaşirkəti və bir sıra digər müəssisələrdən gedir.

"Respublikaçılar və mühafizəkarlar üçün nəhayət cavab zərbəsi endirmək zamanı yetişdi, bizim adamlarımız onlarınkından çoxdur. Major League Baseball, Coca-Cola, Delta Airlines, JPMorgan Chase, ViacomCBS, Citigroup, Cisco, UPS və Merck-i boykot edin. Mövqelərini yumşaltmayınca onların məhsullarını almayın", - Tramp deyib. 

O əlavə edib ki, "demokratlar özləri onların təşəbbüslərinə qarşı çıxan şirkətləri boykot eləməklə çirkin oyuna başlayıblar".

Fox News telekanalının məlumatına görə, Corciya ştatından olan bəzi respublikaçılar öz ofislərindən Coca-Cola məhsullarını yığışdıracaqlar.

Corciya 2020-ci ildə keçirilən prezident seçkisinin taleyinin həll olunduğu ştatlardan biri idi. Həmin vaxt prezident olan və namizədliyini təkrar irəli sürən Donald Tramp bildirmişdi ki, orada genişmiqyaslı saxtakarlıqlar törədilir, bunu isə məhkəmələr təsdiq etmədi. Sonra, ikinci turda Corciyadan iki senat yerini demokratlar qazanaraq Senata nəzarəti ələ aldılar. 

Mart ayında Tramp Corciya ştatındakı qəbul edilmiş yeni seçki qanununu təqdir edib. Bu qanun seçicilərdən poçtla səs vermək üçün üzərində foto olan şəxsiyyəti təsdiq edən sənəd tələb edir. Bundan əlavə, bülletenlərə əlçatanlıq sərtləşdirilir və küçə bülletenləri üçün mümkün poçt qutularının sayı azaldılır. 

ABŞ Prezidenti Co Bayden isə Corciya ştatının yeni seçki qanunu pisləyib, ancaq ştatın qanununu ləğv etməyə Baydenin səlahiyyəti çatmır.

18
Teqlər:
ABŞ, Corciya ştatı, qanun, seçki, beysbol, JP Morgan Chase, Coca-Cola, boykot, Donald Tramp
Türkiyə hərbçiləri, arxiv şəkli

İrandan Türkiyəni qəzəbləndirəcək plan

80
(Yenilənib 22:55 17.04.2021)
Rusiya ordusuna bağlı birliklər Suriyanın Tel-Rıfat bölgəsini tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib.

BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.

"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.

"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.

 

 

80
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenkoya qarşı sui-qəsd hazırlayanlar Moskvada saxlanılıb

75
Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

BAKI, 17 aprel - Sputnik. Rusiya paytaxtında ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun fiziki yolla hakimiyyətdən kənarlaşdırılmasını planlaşdırırmışlar.

“Rusiya FTX Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı yerli və ukraynalı millətçilərin cəlb edilməsi yolu ilə Belarusda “rəngli inqilab” ssenarisinin işlənilməsi əsasında hərbi çevriliş təşkil etməyi və prezident Aleksandr Lukaşenkonun fiziki olaraq hakimiyyətdən kənarlaşdırılmasını planlaşdıran ABŞ və Belarus vətəndaşlığı olan Yuri Leonidoviç Zenkoviç və Belarus vətəndaşı Feduta Aleksandr İosifoviçin qanunsuz fəaliyyətləri ifşa olunub”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

Zenkoviç Moskvaya gəldikdən sonra ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra görüş paytaxt restoranlarından birinin kabinəsində baş tutub, görüş zamanı sui-qəsdçilər “Belarus generalları”na bildiriblər ki, planlarının uğurla həyata keçirilməsi üçün respublikanın bütün yüksək rəhbərliyini fiziki cəhətdən kənarlaşdırmaq lazımdır.

Onlar xüsusi olaraq xalqa müraciətlərini yayımlamaq üçün radio və televiziya mərkəzlərinin ələ keçirilməsinin və paytaxtda hazırkı hökumətə sadiq olan daxili qoşunlar və çevik polis qüvvələrinin bloklanmasının nəzərdə tutulduğu hərbi çevriliş planını ətraflı müzakirə ediblər.

Belarus prezidentinin hakimiyyətdən kənarlaşdırılması ilə konstitusiya quruluşunun dəyişdirilməsi və ölkənin idarə edilməsini “Milli Sülh Komitəsi”nə həvalə olunması yekun hədəf olaraq qarşıya qoyulmuşdu.

Zenkoviç və Feduta ilə bağlı Belarus istintaq orqanları Cinayət Məcəlləsinin 357-ci maddəsi (sui-qəsd və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə törədilən digər hərəkətlər) ilə cinayət işi başlanılıb.

75