İbrahim Tatlısəsin qızı hücuma məruz qalıb

© AP Photoİbrahim Tatlısəs, arxiv şəkli
İbrahim Tatlısəs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Abunə olmaq
İbrahim Tatlısəsin qızı Dilan Çıtakın Nişantaşıda sahib olduğu gözəllik salonunda hücuma məruz qalma anları kameranın qeydlərinə düşüb.

BAKI, 4 aprel — Sputnik. Türkiyənin tanınmış ifaçısı, "imperator" ləqəbli İbrahim Tatlısəsin qızının gözəllik salonunda hücuma məruz qalmaq anı kameralara düşüb. Sputnik Azərbaycan-ın Türkiyə mediaına istinadən xəbərinə görə, İ.Tatlısəsin qızı Dilan Çıtakın Nişantaşıda sahib olduğu gözəllik salonunda hücuma məruz qalma anları kameranın qeydlərinə düşüb. Videoda bir neçə ətir şüşələrinin də qırılmış olduğu açıq-aşkar görülür.

Qeyd edək ki, Dilan Çıtakla 4 nəfərlik əcnəbi qrupdan ibarət olan müştərilər arasında anidən mübahisə yaranıb. Gözəllik salonundan ayrılan qrup bir müddət sonra geri dönərək içəridəki şəxslərə hücum ediblər. Onlar işçilərin başına ətir şüşələrini vuraraq içəridəki şəxslərə dəhşətli anlar yaşadıblar.

 

Xəbər lenti
0