ABŞ-da 15 milyon doza peyvənd zibilxanaya atılıb

© AFP 2023 / Michael CiagloВакцина "Johnson&Johnson", фото из архива
Вакцина Johnson&Johnson, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
ABŞ-ın Baltimor şəhərində bir əczaçılıq müəssisəsində baş verən hadisə ilə bağlı Qida və Dərman İdarəsi araşdırma başladıb.

BAKI, 3 aprel — Sputnik. ABŞ-da istehsal müəssisəsində komponentləri qarışdırılan 15 milyon doza "COVID-19"a qarşı peyvəndi "Johnson&Johnson" dərman istehsalı firması zibilxanaya atıb.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, bu hadisə ABŞ-ın Baltimor şəhərində bir əczaçılıq müəssisəsində baş verib. Həmin müəssisədə həm "Johnson&Johnson", həm də "AstraZeneca" peyvəndi istehsal edilirmiş. Bir səhv nəticəsində peyvəndlərin komponentləri qarışdırılıb və nəticədə milyonlarla doza zibilə atılıb.

Baş verən hadisə ilə bağlı ABŞ-ın Qida və Dərman İdarəsi insan səhvi ilə əlaqədar araşdırma başladıb.

Qeyd edək ki, "Johnson&Johnson"un "Covid-19" peyvəndinin ölkədəki peyvənd prosesini sürətləndirəcəyi gözlənilirdi.

 

Xəbər lenti
0