"Əsrin tapıntısı" - Altmış altı illik nadir "Porsche" - FOTO

© AFP 2023 / Patrik StollarzВинтажный автомобиль Porsche 356 B на выставке Essen Motor Show в Эссене
Винтажный автомобиль Porsche 356 B на выставке Essen Motor Show в Эссене - Sputnik Azərbaycan, 1920, 03.04.2021
Abunə olmaq
"Porsche 550 Spyder" 1,5 litrlik, 135 at gücündə orijinal mühərriklə hərəkətə gətirilir və bu aqreqat mexaniki, 5-pilləli sürətlər qutusuna birləşdirilib. Avtomobilin maksimum sürəti 220 km/saatdır.

BAKI, 3 aprel — Sputnik. ABŞ-da nadir motosikllər kolleksiyaçısı təsadüfən 1955-ci il istehsalı olan nadir "Porsche 550 Spyder" avtomobilini aşkar edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Robert Qrin adlı amerikalı kolleksiyaçı Cənubi Kaliforniyada vintaj nəqliyyat vasitələrinə baxış keçirərkən təsadüfən bağlı konteynerdə bu nadir idman avtomobilini aşkar edib.

Məlum olub ki, raritet avtomobil 35 il qapalı vəziyyətdə qalmasına baxmayaraq, onun hazırkı vəziyyəti həddən artıq yaxşıdır. Belə ki, sportkarın metal gövdəsində bir dənə də olsun korroziya əlaməti aşkar edilməyib.

Baxış zamanı kolleksiyaçının diqqətini ayrıca dayanmış bir konteyner cəlb edib. Qutunun qapısını açarkən qırmızı rəngli "Porsche 550 Spyder"i gördükdə amerikalı gözlərinə inanmayıb.

​Məlum olub ki, iki nəfərlik sportkar öz seriyasında istehsal edilmiş 69-cu avtomobildir. Ümumilikdə isə bu model avtomobillərin sayı cəmi 90 olub.

Tapıntının ilk sahibi Havay ştatının bir xanım sakini olub və həmin xanım bu avtomobili həvəskar avtomobil yarışlarında sürürmüş. 1963-cü ildə "Spayder"i 2000 dollara Les Hannerson adlı şəxs alıb və ötən əsrin 80-ci illərində onu tam təmir və bərpadan keçirib.

Bir müddət sonra həmin şəxs motosikllərdən ibarət kolleksiya toplamağa başlayıb və vintaj "Porsche" avtomobilini isə yük konteynerində gizlədərək yaddan çıxarıb.

Toyota Sequoia - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Məşhur avtomobil şirkəti standart modelini uzatdı

"Porsche 550 Spyder" 1,5 litrlik, 135 at gücündə orijinal mühərriklə hərəkətə gətirilir və bu aqreqat mexaniki, 5 pilləli sürətlər qutusuna birləşdirilib. Avtomobilin maksimum sürəti 220 km/saatdır.

Robert Qrin aşkar etdiyi "Porsche" avtomobilini "əsrin tapıntısı" adlandırıb. Onun sözlərinə görə, orijinal sportkarın artıq yeni sahibi də var. Qrin avtomobilin hansı qiymətə satıldığını açıqlamasa da, bu tip modellərin hərraclarda bir neçə milyona satıldığı məlumdur.

Qeyd edək ki, cari ilin mart ayında "DuPont Registry" portalında dünyada hazırda mövcud olan 15 ədəd "Porsche 911 RSR" avtomobillərindən biri satışa çıxarılıb. Həmin avtomobil 1974-cü ildə çempionlar arasında keçirilən IROC beynəlxalq avtomobil yarışması üçün yığılıb. Bir vaxtlar kolumbiyalı narkobaron Pablo Eskobara məxsus olmuş həmin nadir sportkarın ilkin satış qiyməti 2,2 milyon dollar olub.

Xəbər lenti
0