Ağdamda vəziyyət

Los Ancelesdə Ermənistanın cinayətlərinə dair yeni film hazırlanıb - VİDEO

151
(Yenilənib 13:11 02.04.2021)
Vurğulanır ki, bu müddətdə demək olar hər bir kənd və şəhər, azərbaycanlıların bütün evləri qarət olunaraq tamamilə yerlə-yeksan edilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, xüsusilə Azərbaycanın mədəni irsinin və yaşayış məkanlarının yer üzündən silinməsi siyasətinə həsr olunmuş ingilis dilində qısa film hazırlanaraq geniş yayılıb.

Konsulluqdan Sputnik Azərbaycan-a bildirilib ki, filmdə 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyi və nəticədə təxminən 30 il ərizində Ermənistanın həmin ərazilərdə törətdiyi misli görünməmiş dağıntıların və mədəni irsimizi məhv etmə siyasətinin miqyasının daha aydın olduğu qeyd olunur.

Vurğulanır ki, bu müddətdə demək olar hər bir kənd və şəhər, azərbaycanlıların bütün evləri qarət olunaraq tamamilə yerlə-yeksan edilib.

Qeyd olunur ki, vaxtilə azərbaycanlıların sıx yaşadığı, inkişaf edən şəhərlər olan Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digərləri işğal olunduqdan sonra Ermənistan tərəfindən yer üzündən siliniblər. Ermənistanın həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirdiyi və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyi diqqətə çatdırılır.

Bundan başqa, filmdə Ermənistanın Qarabağda Azərbaycan mədəniyyəti və tarixinə məxsus bütün izləri yox etmək məqsədilə oradakı tarixi və mədəniyyət abidələrimizi sistemli şəkildə məhv etdiyi bildirilir. 67 məsciddən 63-nün təhqir edilərək dağıdıldığı və Zəngilan məscidi, Ağdamdakı Cümə məscidi və Qubadlıdakı Məmər məscidi də daxil olmaqla, bir çox məscidlərimizdə mal-qara və donuz saxlanıldığı qeyd olunaraq, bu cinayətləri göstərən foto və videolar təqdim olunur.

Filmdə vurğulanır ki, ümumilikdə 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey məhv edilib.

Sonda Ermənistanın bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu bildirilir.

Qeyd edək ki, "Facebook" və "Twitter" sosial şəbəkələrində geniş yayılan film Baş Konsulluq tərəfindən ABŞ Konqresinin üzvlərinə, xüsusilə ermənipərəst mövqeləri ilə seçilən senator və konqresmenlərə, eləcə də Kaliforniyanın və digər Qərb ştatlarının qanunvericilərinə, həmçinin KİV-lərə, dini və etnik icmalara, elm və mədəniyyət xadimlərinə və müxtəlif təşkilatlara göndərilib.

151
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Çindən vaksinlərlə bağlı şok etiraf

2798
(Yenilənib 12:07 12.04.2021)
Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir.

BAKI, 12 aprel — Sputnik. Çin ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bunu Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu bildirib.

"Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur", - deyə Qao Fu qeyd edib.

O, həmçinin bildirib ki, Çin rəhbərliyi müxtəlif istehsal olan peyvəndlərin qarışdırılması (ayrı-ayrı peyvəndlərin vurulması) imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir. Müqayisə üçün Rusiya istehsalı "Sputnik V" və ABŞ/Almaniya istehsalı "Pfizer" peyvəndində bu göstərici 95 faizdən artıqdır.

Bu arada "Sinovac" şirkətinin məlumatlarına görə, onların vaksini 80% hallarda "COVID-19"-un ağır şəkildə keçməsinin qarşısını alır. Çinin özündə koronavirus əleyhinə xarici preparatların istifadəsi qadağandır.

Ötən həftənin məlumatına görə, Çində "COVID-19"əleyhinə 164 milyon dozadan artıq vaksindən istifadə olunub. Çin əhalisinin özü isə 1,3 milyard nəfərdir. Daha əvvəl rəsmi Pekin bildirmişdi ki, yay fəslinin ortalarına qədər milyarddan çox əhalinin vaksinasiya edilməsi planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

2798
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

5
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

5
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

0
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

0