Koronavirus testi, arxiv şəkli

Məlun virus, yoxsa yarıtmaz araşdırma? ÜST-ün hesabatı suallar doğurdu

859
(Yenilənib 19:57 30.03.2021)
ÜST rəhbəri vurğulayıb ki, təşkilatın mütəxəssisləri virusun mənbəyini tapmayıblar və bu səbəbdən onun axtarışının davam etdirilməsini istəyib.

BAKI, 30 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus COVID-19-un laboratoriyadan yayılması versiyasının xüsusi ekspertlər də cəlb olunmaqla əlavə missiyalar vasitəsilə araşdırılmasına çağırıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, martın 30-da ÜST koronavirusun mənşəyinin araşdırılması məqsədilə Çinin Uhan şəhərinə ezam olunmuş beynəlxalq ekspertlər qrupunun məruzəsinin tam versiyasını dərc edib. Məruzədə COVID-19-un laboratoriyadan yayılması "ağlabatan sayılmır"

"Mütəxəssislər qrupu Uhanda bir neçə laboratoriyaya baş çəkib və virusun insan populyasiyasına laboratoriya insidenti nəticəsində düşməsi imkanını araşdırıb. Ancaq mən bu qiymətləndirməni kifayət qədər əhatəli hesab etmirəm. Daha etibarlı nəticələr üçün əlavə məlumat və araşdırma gərəkdir", - Gebreyesus bildirib. 

"Qrup laboratoriya sızmasını ən aşağı ehtimalı olan variant hesab eləsə də, bunun, ola bilsin ki, xüsusi ekspertlərin iştirakı tələb olunan əlavə missiyaların iştirakı ilə araşdırılmasına ehtiyac var, bu missiyaları təşkil etməyə hazıram", - o əlavə edib.  

ÜST rəhbəri vurğulayıb ki, təşkilatın mütəxəssisləri virusun mənbəyini tapmayıblar və bu səbəbdən onun axtarışının davam etdirilməsini istəyib.

"Virusun mənşəyinin tapılması vaxt tələb edir. Və biz bütün dünya qarşısında borcluyuq ki, o mənbəni tapaq ki, həmin virusun təkrarlanması riskini azaltmaq üçün kollektiv şəkildə tədbirlər görə bilək. Heç bir araşdırma səfəri bütün cavabları tapa bilməz", - Gebreyesus deyib. 

ÜST-ün beynəlxalq ekspertlər qrupu yanvarın 14-dən etibarən bir ay ərzində Çində olub və yerli həmkarları ilə COVID-19-un mənşəyini axtarıb. ÜST ekspertləri Uhan Virusologiya İnstitutuna, o cümlədən maksimal təcrid olunmuş BSL-4 laboratoriyasına, "Huanan" dəniz məhsulları bazarına, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə baş çəkiblər. Sözügedən laboratoriyanın adı virusun sızdırılması, COVID-19-un süni mənşəli olması barədə xəbərlərdə hallandırılırdı.

 

859
Teqlər:
Koronavirus, COVID-19, laboratoriya, Çin, Uhan, hesabat, ÜST
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

3
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

3
Amerika polisi, arxiv şəkli

ABŞ-da növbəti atışma: ölən yaralananlar var

0
(Yenilənib 10:10 18.04.2021)
Bu, son saatlarda Birləşmiş Ştatlarda baş vermiş ikinci silahlı insidentdir. Daha əvvəl Nebraska ştatının Omaxa şəhərində də atışma olub.

BAKI, 18 aprel - Sputnik. ABŞ-da növbəti atışma olub. Bu barədə "Report" NBC teleşirkətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Ohayo ştatında qeydə alınıb. Kolumbus şəhəri yaxınlığında baş verən atışma zamanı azı 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bildirilir ki, anım mərasimi zamanı naməlum şəxs ətrafdakılara atş açıb. İnsidentin digər təfərrüatları açıqlanmır.

Qeyd edək ki, bu, son saatlarda Birləşmiş Ştatlarda baş vermiş ikinci silahlı insidentdir. Daha əvvəl Nebraska ştatının Omaxa şəhərində də atışma olub.

0