İlon Maskın daha bir gəmisi sınağa dözmədi - VİDEO

17
(Yenilənib 18:41 30.03.2021)
"Yerə enəndən öncə mühərriki işə salanda nəsə ciddi bir şey oldu. Bu gün qalıqları araşdırandan sonra nə baş verdiyini öyrənəcəyik" - İlon Mask

BAKI, 30 mart - Sputnik. SpaceX şirkətinə məxsus Starship kosmik gəmisinin prototipi olan SN11 ABŞ-ın Texas ştatında keçirilən sınaqlar zamanı partlayıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, gəminin buraxılması YouTube-da canlı yayımlanırmış. Videoda partlayış səsi gəlir, güclü tüstü fonunda göydən parçaların düşdüyü görülür.

 

"Yerə enəndən öncə mühərriki işə salanda nəsə ciddi bir şey oldu. Bu gün qalıqları araşdırandan sonra nə baş verdiyini öyrənəcəyik", - şirkətin rəhbəri İlon Mask Twitter-də yazıb.

17
Teqlər:
Texas, sınaq, partlayış, kosmik gəmi, İlon Mask
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı son statistika açıqlandı

3
(Yenilənib 11:20 18.04.2021)
Son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

BAKI, 18 aprel - Sputnik. Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 547 yeni yoluxma qeydə alınıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 19 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3878 nəfərə çatıb.

Ölkədə indiyədək 208 520 nəfər koronavirusa yoluxub.

3
Amerika polisi, arxiv şəkli

ABŞ-da növbəti atışma: ölən yaralananlar var

0
(Yenilənib 10:10 18.04.2021)
Bu, son saatlarda Birləşmiş Ştatlarda baş vermiş ikinci silahlı insidentdir. Daha əvvəl Nebraska ştatının Omaxa şəhərində də atışma olub.

BAKI, 18 aprel - Sputnik. ABŞ-da növbəti atışma olub. Bu barədə "Report" NBC teleşirkətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Ohayo ştatında qeydə alınıb. Kolumbus şəhəri yaxınlığında baş verən atışma zamanı azı 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bildirilir ki, anım mərasimi zamanı naməlum şəxs ətrafdakılara atş açıb. İnsidentin digər təfərrüatları açıqlanmır.

Qeyd edək ki, bu, son saatlarda Birləşmiş Ştatlarda baş vermiş ikinci silahlı insidentdir. Daha əvvəl Nebraska ştatının Omaxa şəhərində də atışma olub.

0