Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Ever Given” gəmisi saydan çıxarılıb

© © Suez Canal Authority via AP / Mediabanka keçid“Ever Given” konteyner gəmisi
“Ever Given” konteyner gəmisi - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
“Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batmışdı.

BAKI, 29 mart - Sputnik. Süveyş kanalının dayaz yerində ilişib qalmış “Ever Given” konteyner gəmisi saydan çıxarılıb.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd olunur ki, kanalın nə vaxt açılacağı hələ bəlli deyil.

Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batmışdı.

Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.

Xəbər lenti
0