Avropa İttifaqı və Türkiyə bayraqları, arxiv şəkli

Avropa İttifaqı Türkiyə ilə bağlı qərar verdi

142
(Yenilənib 23:08 25.03.2021)
Bundan başqa rəhbərlər Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə yüksək səviyyəli dialoqa hazır olduqlarını bildiriblər.

BAKI, 25 mart - Sputnik. Avropa İttifaqı Sammitində iştirak edən birlik ölkələrin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib.

Bu barədə Report Anadolu agentliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, liderlər Gömrük Birliyini yeniləmək işini dəstəkləyir və tətbiqetmədə çətinliklərlə əlaqədar Türkiyə ilə danışıqların intensivləşdirilməsini istəyiblər.

Bundan başqa rəhbərlər Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə yüksək səviyyəli dialoqa hazır olduqlarını bildiriblər. Avropa Komissiyasına Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafı, xalqlar arasında əlaqə quraraq səyahət mövzularında araşdırma aparılması istənilib.

Quruma üzv dövlətlərin liderləri miqrasiya idarəçiliyi mövzusunda Türkiyə ilə əlaqələrin gücləndirilməsinin lazım olduğunu da bildiriblər.

142
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Çindən vaksinlərlə bağlı şok etiraf

2935
(Yenilənib 12:07 12.04.2021)
Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir.

BAKI, 12 aprel — Sputnik. Çin ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bunu Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu bildirib.

"Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur", - deyə Qao Fu qeyd edib.

O, həmçinin bildirib ki, Çin rəhbərliyi müxtəlif istehsal olan peyvəndlərin qarışdırılması (ayrı-ayrı peyvəndlərin vurulması) imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir. Müqayisə üçün Rusiya istehsalı "Sputnik V" və ABŞ/Almaniya istehsalı "Pfizer" peyvəndində bu göstərici 95 faizdən artıqdır.

Bu arada "Sinovac" şirkətinin məlumatlarına görə, onların vaksini 80% hallarda "COVID-19"-un ağır şəkildə keçməsinin qarşısını alır. Çinin özündə koronavirus əleyhinə xarici preparatların istifadəsi qadağandır.

Ötən həftənin məlumatına görə, Çində "COVID-19"əleyhinə 164 milyon dozadan artıq vaksindən istifadə olunub. Çin əhalisinin özü isə 1,3 milyard nəfərdir. Daha əvvəl rəsmi Pekin bildirmişdi ki, yay fəslinin ortalarına qədər milyarddan çox əhalinin vaksinasiya edilməsi planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

2935
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

6
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

6

Ordumuzun raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb

0
(Yenilənib 17:41 12.04.2021)
Təlimlərdə əsas səylər gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

0