AstraZeneca peyvəndi, arxiv şəkli

Avropa AstraZeneca-ya qarşı hüquqi tədbirlər görəcək

17
Bundan öncə Avrokomissiyanın rəhbəri Ursula fon der Lyayen AstraZeneca-nı vaksinin Aİ-dən ixracına qadağa qoymaqla hədələmişdi.

BAKI, 23 mart - Sputnik. Avropa koronavirus əleyhinə vaksin istehsal edən İngilis-İsveç şirkəti AstraZeneca-ya qarşı hüquqi addımlar atacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, Avrokomissiya başçısının müavini Maroş Şefçoviç buna preparatların lazımi həddə çatdırılmamasının səbəb olduğunu deyib. Onun sözlərinə görə, hüquqi addımlar "ixracın proporsional qaydada məhdudlaşdırılması"ndan ibarət olacaq. 

"Sirr deyil ki, Aİ-nin AstraZeneca ilə problemləri var, şirkət müqavilə öhdəliklərini tam həcmdə yerinə yetirmir. Onunla kommunikasiya qurmaq çətinləşib, eyni zamanda Aİ ölkələri özlərinin vaksinasiya planlarının reallaşdırılmasında şirkətdən asılıdırlar", - Şefçoviç deyib.  

Bundan öncə Avrokomissiyanın rəhbəri Ursula fon der Lyayen AstraZeneca-nı vaksinin Aİ-dən ixracına qadağa qoymaqla hədələmişdi. Ona qədər isə bir sıra Avropa ölkəsi pasiyentlərdə tromb əmələ gəlməsi səbəbindən AstraZeneca vaksinlərindən istifadəni dayandırmışdı. Sonra Avropa Dərman Tənzimləyicisi həmin preparatın zərərsiz olduğunu dedi.

17
Teqlər:
tədbir, hüquqi, Avropa İttifaqı, vaksin, AstraZeneca

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

3
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

3
İsrailin müstəqilliyinin 73-cü ildönümü

İsraildə maska ilə bağlı kritik qərar verildi

12
Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub.

BAKI, 17 aprel — Sputnik. Dünyada koronavirusa qarşı ən çox peyvənd edən İsrail sabahdan etibarən açıq havada maska ​​taxmaq məcburiyyətini ləğv edir.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, İsrail səhiyyə naziri Yuli Edelstein məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilərkən, qapalı yerlərdə maska taxmağın məcburi olması davam edəcək.

İsraildə peyvənd kampaniyasından sonra koronavirus xəstəliyinə tutulanların sayında əhəmiyyətli azalma olub, məhdudlaşdırma tədbirləri isə fevralın 21-dən etibarən tədricən yumşaldılır.

Baş nazir Binyamin Netanyahu "Pfizer&BioNTech" peyvəndinin ölkəyə tədarükünü təmin edib.

Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Bu da ölkə əhalisinin təxminən 61 faizi deməkdir.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, son günlər ölkədə günlük "COVID-19" xəstələrinin sayı 200-dən aşağı düşüb. Yanvar ayının ortalarında isə günlük xəstələrin sayı 10 min civarında idi. Bu səbəbdən peyvəndin İsraildə normallaşmanı təmin etdiyi düşünülür. Ölkədə bu günə qədər 6 min 312 nəfər koronavirus səbəbindən ölüb, ümumi xəstəlik sayı isə 836 mini keçib.

12