Beyrutda etirazlar

Livan paytaxtında ara qarışdı - VİDEO

20
Danışıqların uğursuz yekunu Livan funtuna da təsir edib: bir neçə saat ərzində onun dollara qarşı məzənnəsi 2,3 min düşüb, indi Livanın qara bazarında bir ABŞ dolları üçün 14 min funt tələb olunur.

BAKI, 22 mart - Sputnik. Beyrutun Hamra rayonunda nümayişçilər mərkəzi küçələri bağlayıb,  Livan paytaxtını aeroportla birləşdirən yola yanan təkərlər düzüblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Mərkəzi bankın yaxınlığında, idman şəhərciyində, Mazraa küçəsində gənclər zibil qutuları ilə təkər yandırıblar. 

Qarışıqlığıa səbəb baş nazir Saad Həriri ilə Prezident Mişel Aun arasında yeni hökumətin qurulması istiqamətində müzakirələrin nəticəsiz bitməsidir. 

Danışıqların uğursuz yekunu Livan funtuna da təsir edib: bir neçə saat ərzində onun dollara qarşı məzənnəsi 2,3 min düşüb, indi Livanın qara bazarında bir ABŞ dolları üçün 14 min funt tələb olunur.

Baabda sarayında Aunla qısa müddət görüşəndən sonra Həriri bildirmişdi ki, dövlət başçısının təklifindən imtina edib. Onun sözlərinə görə, prezident nazirlikləri konfessional xüsusiyyətlərinə görə bölməyi təklif edib, həmçinin bunların böyük hissəsi prezidentin siyasi komandasının xeyrinə işləməlidir. 

Martın 16-da Aun söyləmişdi ki, əgər Həriri milli qurtuluş hökumətini yaradıb ona başçılıq edə bilməyəcəksə, vəzifəsindən getməlidir. Livan Prezidenti Baş naziri Baabdadakı prezident sarayına dəvət etmişdi ki, "dərhal, onunla razılıq əsasında, ...bəhanəsiz və ləngimədən hökumət qursun". Həriri isə buna cavab olaraq prezident hökumətin formalaşdırılması haqda sərəncam imzalamayacağı təqdirdə növbədənkənar prezident seçkisi keçirilməsini təklif etmişdi.

Livan Konstitusiyasına görə, hökumət respublika prezidentinin imzası olmadan formalaşdırıla bilməz, ancaq eyni zamanda bu halda konstitusiyada Həririnin öz vəzifəsindən getməsi üçün heç bir maddə nəzərdə tutulmayıb.

Həriri ötən ilin oktyabrında növbəti dəfə baş nazir postuna gələndə bildirmişdi ki, operativ qaydada nazirlər kabineti formalaşdırmağa hazırdır. Ancaq faktiki olaraq bu günə qədər o, bütün tərəfləri qane edə biləcək tərkib qura bilməyib.

20
Teqlər:
prezident, hökumət, etiraz, Livan, Beyrut
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

2
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

2
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə
Raket, arxiv şəkli

Türklərin İraqdakı düşərgəsi raket atəşinə tutulub

6
(Yenilənib 23:56 14.04.2021)
​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.

​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

Baaşika ilə Ərbil arasında məsafə 90 km-dir. 

L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib. 

Xatırladaq ki, bu ilin fevralında Ərbilin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı. Bəzi amerikalı hərbçilərdə beyin silkələnməsi təsbit edilmişdi. Beynəlxalq koalisiyanın məlumatına görə, ümumilikdə 14 raket buraxılmış, onlardan 3-ü Ərbildəki bazaya düşmüşdü.

6
Teqlər:
İraq, Türkiyə