Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Çinə gedən Lavrov maskası ilə mesaj verdi - FOTO

28
(Yenilənib 15:22 22.03.2021)
"COVID-lə Qərbdən daha yaxşı mübarizə aparan ölkənin naziri Rusiyanı öyrədənlərə maskası ilə salam göndərir" - D.Kiselyov

BAKI, 22 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin Quylin şəhərində olarkən Litszyan çayında qayıqla gəzintiyə çıxıb. Həmin vaxt o, pul jurnalistlərinin ad günündə hədiyyə etdikləri, üzərində "FCKNG QRNTN" (Cəhənnəm olsun karantin) yazılmış maska ilə poza verib. 

Quylin Nanlin dağ sisteminin cənub-qərbində yerləşən gözəl məkanlardan biridir, dövlətin qoruduğu milli parkdır. 

Çayda gəzintidən sonra Lavrov Çinin XİN başçısı Van İ ilə görüşüb. Danışıqlar sabah da davam etdiriləcək. 

Çindən sonra rusiyalı nazir Cənubi Koreyaya səfər edəcək.

"Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov da Lavrovun maskasını bəyənib.

"COVID-lə Qərbdən daha yaxşı mübarizə aparan ölkənin naziri Rusiyanı öyrədənlərə "Cəhənnəm olsun karantin" maskası ilə salam göndərir. Sizi dəyənəkləri ilə sığallayan, brandspoytla çimizdirən polisdən əziyyət çəkincə "Sputnik-V" vurdurun", - Kiselyov Telegram-da yazıb.

28
Teqlər:
karantin, maska, səfər, Çin, Sergey Lavrov
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Çindən vaksinlərlə bağlı şok etiraf

2822
(Yenilənib 12:07 12.04.2021)
Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir.

BAKI, 12 aprel — Sputnik. Çin ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bunu Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu bildirib.

"Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur", - deyə Qao Fu qeyd edib.

O, həmçinin bildirib ki, Çin rəhbərliyi müxtəlif istehsal olan peyvəndlərin qarışdırılması (ayrı-ayrı peyvəndlərin vurulması) imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir. Müqayisə üçün Rusiya istehsalı "Sputnik V" və ABŞ/Almaniya istehsalı "Pfizer" peyvəndində bu göstərici 95 faizdən artıqdır.

Bu arada "Sinovac" şirkətinin məlumatlarına görə, onların vaksini 80% hallarda "COVID-19"-un ağır şəkildə keçməsinin qarşısını alır. Çinin özündə koronavirus əleyhinə xarici preparatların istifadəsi qadağandır.

Ötən həftənin məlumatına görə, Çində "COVID-19"əleyhinə 164 milyon dozadan artıq vaksindən istifadə olunub. Çin əhalisinin özü isə 1,3 milyard nəfərdir. Daha əvvəl rəsmi Pekin bildirmişdi ki, yay fəslinin ortalarına qədər milyarddan çox əhalinin vaksinasiya edilməsi planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

2822
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

5
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

5
Daxili İşlər Nazirliyinin binası

DİN rəsmisi 16 yaşlı qızla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

0
"Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar cəfəngiyyatdır" - Elşad Hacıyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq". 

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavabında bildirib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib.

Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir.

0