AstraZeneca peyvəndi, arxiv şəkli

Daha iki nəfər AstraZeneca vaksinindən sonra öldü

44
Peyvənd vurulduqdan sonra beş nəfər xəstəxanaya çatdırılıb. Onlarda tromboz, qanaxma və trombositlərin aşağı səviyyəsinin kombinasiyası müəyyən olunub

BAKI, 22 mart - Sputnik. Norveçdə AstraZeneca vaksini vurulduqdan sonra daha iki nəfər dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Norveçin Dərman Vasitələri Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, peyvənd vurulduqdan sonra beş nəfər xəstəxanaya çatdırılıb. Onlarda tromboz, qanaxma və trombositlərin aşağı səviyyəsinin kombinasiyası müəyyən olunub. Həmin beş nəfərdən biri ötən həftənin əvvəlində keçinib, indi isə daha ikisi dünyasını dəyişib. Agentlik qeyd edib ki, yeni halların AstraZeneca vaksini ilə bağlı olduğunu istisna etmək olmaz. 

 

Bir sıra Aİ ölkələrinin, o cümlədən Avstriya, İslandiya və Estoniyanın AstraZeneca vaksinindən imtina etməsindən sonra martın 14-də AstraZeneca şirkəti öz məhsulunun təhlükəsiz olduğu barədə bəyanat yaydı. 

Şirkət bildirdi ki, 17 milyon vaksin vurulmuş insanın səhhəti yoxlanıllıb, "müxtəlif yaş, cins, millət qrupundan olan insanlarda" ağciyər arteriyasının emboliya riski, dərin venaların trombozu və ya trombositopeniyası aşkarlanmayıb.

44
Teqlər:
Norveç, ölüm, vaksin, AstraZeneca
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
Maykl Cekson, arxiv şəkli

Maykl Ceksonun malikanəsindəki heykəllər hərraca çıxarılıb

4
(Yenilənib 01:09 21.04.2021)
1100 hektar torpaq sahəsi olan malikanənin içində zoopark, lunapark, basketbol meydançası, tennis kortu, hovuz, kinoteatr zalı və 20-yə yaxın bina var. Villanı ötən il sənətçinin milyarder dostu Ron Byorkl 22 milyon dollara alıb.

BAKI, 21 aprel — Sputnik. "Popun Kralı" Maykl Ceksonun ABŞ-ın Kaliforniya ştatındakı "Neverland" adlı malikanəsindəki heykəllər hərraca çıxarılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, tuncdan hazırlanan 28 ədəd heykəli kolleksiyaçılardan biri 2 milyon 500 min dollara (təxminən 4 milyon 250 min manat) satışa çıxarıb.

Qeyd edək ki, 1100 hektar torpaq sahəsi olan malikanənin içində zoopark, lunapark, basketbol meydançası, tennis kortu, hovuz, kinoteatr zalı və 20-yə yaxın bina var. Villanı ötən il sənətçinin milyarder dostu Ron Byorkl 22 milyon dollara alıb.

4
Teqlər:
hərrac, heykəl, malikanə, Maykl Cekson
Qadın rəsm əsərinə baxır, arxiv şəkli

Süni intellekt itirilmiş şedevrləri bərpa etməyi öyrənib - VİDEO

7
(Yenilənib 01:06 21.04.2021)
Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib.

BAKI, 21 aprel — Sputnik. London Universitetinin nəzdindəki kolleclərdən birinin alimləri Entoni Buraçed və Corc Kann süni intellekt və 3D printer vasitəsilə itirilmiş incəsənət əsərlərinin tam rəngli surətini yaratmağa müvəffəq olublar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssislər yeniliyi Pablo Pikassonun Kanadanın Toronto şəhərindəki Ontario incəsənət qalereyasında saxlanılan "Çöməlib oturmuş yoxsul qadın" (1902) əsəri üzərində yoxlayıblar.

Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib. Məsələ bundadır ki, sənətə təzə başlayan Pikasso yeni kətan parça almağa pulu olmadığı üçün "Çöməlib oturmuş yoxsul qadın" əsərini artıq çəkilmiş digər şəkil üzərində həkk edib.

Texnologiya bu faktı aşkara çıxarsa da, Pikassonun müdaxiləsindən əvvəl həmin şəklin görünüşünün necə olduğunu tam təsəvvür etmək mümkün olmayıb.

İndi isə Buraçed və Kann öz yeniliklərini tətbiq edərək kataloniyalı rəssamın itirilmiş əsərinin 100-dən artıq üçölçülü surətini yaradıblar. Onlar printeri elə proqramlaşdırıblar ki, cihaz Rusinolyinin fırçasının izlərini dəqiqliklə təsvir edərək lazımi rəngləri bir-birinə qarışdırıb.

"Bunu əvvəllər heç kim edə bilməyib. Kətan üzərinə bu üsulla boya və mürəkkəbin çəkilməsi üçölçülü çap işində irəliyə doğru atılmış böyük bir addımdır", - deyə Buraçed bildirib.

Hazırda Pablo Pikassonun müasirinin bərpa edilmiş əsərlərinin hər birinin qiyməti 11 min dollardır və hər bir lövhəyə dələduzlardan qorunmaq üçün xüsusi işarə və unikal kod həkk olunur.

 

7
Mehri

Paşinyan Mehriyə getdi - Zəngəzurda etirazlar başladı - VİDEO

0
(Yenilənib 11:23 21.04.2021)
Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

BAKI, 21 aprel — Sputnik. Ermənistanın Sünik vilayətində (Zəngəzur) Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan Mehriyə gəlib, lakin onlarla vətəndaş onun şəhəri tərk etməsini istəyiblər.

Digər qrup isə Paşinyanı dəstəkləyib. Nəticədə qruplar arasında qarşıdurma baş verib. Lakin hüquq mühafizə orqanları əməkdaşları onları ayıra biliblər.

Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

Baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

 

0