Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın partiyasının ayrı seçimi yoxdur

13
(Yenilənib 13:15 22.03.2021)
Parlamentin buraxılması üçün Ermənistanın baş naziri istefa verməlidir. Əgər parlament iki dəfə yeni baş naziri seçə bilməsə, o zaman buraxılacaq.

BAKI, 22 mart - Sputnik. Ermənistanın hakim "Mənim addımım" partiyası növbədənkənar parlament seçkisində baş nazir postuna hazırda elə bu vəzifəni tutan Nikol Paşinyanın namizədliyini isrəli sürəcək. 

Sputnik Ermənistan yazır ki, bunu Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan deyib: "Məncə, bu, açıq-aşkardır. Siyahıya Nikol Paşinyan başçılıq edəcək". 

Parlamentin buraxılması üçün Ermənistanın baş naziri istefa verməlidir. Əgər parlament iki dəfə yeni baş naziri seçə bilməsə, o zaman buraxılacaq. Bundan sonra yeni parlament seçkisi keçiriləcək. Yeni baş naziri isə parlamentdə səs çoxluğu ilə seçəcəklər.

Növbədənkənar parlament seçkisi iyunun 20-də keçiriləcək.

Bir müddət öncə deyilirdi ki, Paşinyan növbədənkənar parlament seçkisinədək baş nazir vəzilfəsini müvəqqəti icra edəcək. 

Bu ilin fevralında Paşinyanla Baş Qərargah rəisi Onik Qasparyan arasında münaqişə nəticəsində ölkədə vəziyyət qarışıb. Hərbçilər Paşinyanın istefasını tələb etdilər, müxalifət də onları dəstəklədi. Baş nazir isə bunu dövlət çevrilişinə cəhd adlandırdı.

13
Teqlər:
namizəd, parlament seçkisi, Ermənistan, Nikol Paşinyan
ABŞ əsgəri Əfqanıstanda, arxiv şəkli

NATO ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir

5
(Yenilənib 23:21 14.04.2021)
Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. Prosesin mayda başlanıb, sentyabrda bitirilməsi planlaşdırılır.

BAKI, 14 aprel - Sputnik. NATO ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri qoşunların Əfqanıstandan çıxarılmasına başlanması barədə razılığa gəliblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı DPA agentliyi diplomatik mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, bu qərar NATO ölkələrinin xarici işlər və müdafiə nazirlikləri rəhbərlərinin videokonfransında qəbul olunub.

Alyans prosesi mayın 1-dən başlayaraq bir neçə ay ərzində bitirmək niyyətindədir. Bu barədə NATO-nun bəyanatında deyilir.

Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. ABŞ Prezidenti Cozef Bayden proses zamanı amerikalı əsgərlərə hücum ediləcəyi təqdirdə taliblərə sərəncamında olan "bütün alətlər" vasitəsilə cavab verəcəyi ilə hədələyib. 

"Belə nəticəyə gəldim ki, tariximizdəki ən uzun müharibəni bitirmək və Amerika ordusunu evinə qaytarmaq lazımdır", - xalqa müraciətində ABŞ lideri bildirib.

"Tək mənim özümün razılaşacağım bir situasiya deyil, ancaq razılaşmaya sadiq qalacağam və ABŞ mayın 1-dən etibarən 11 sentyabr terror aktının 20-ci ildönümünədək qoşunlarını Əfqanıstandan çıxaracaq. Tələsməyəcəyik, bunu məsuliyyətlə, götür-qoy edərək, təhlükəsizliyi gözləyərək edəcəyik və proses tərəfdaş və partnyorlarımızla tam koordinasiya şəraitində keçiriləcək", - Bayden deyib. 

"Biz bölgədəki digər ölkələrdən, ilk növbədə Pakistan, Rusiya, Çin, Hindistan və Türkiyədən Əfqanıstanı dəstəkləmək üçün daha çox səy göstərmələrini xahiş edəcəyik. Onların hamısı Əfqanıstanın gələcəyinə əhəmiyyətli yatırım edib", - ABŞ Prezidenti əlavə edib.

5
Teqlər:
ABŞ, Əfqanıstan, NATO
Çimərlik formatında dərslər

İspaniya məktəbliləri "çimərlik" formatında dərslərə davam edirlər - VİDEO

4
Uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

BAKI, 14 aprel — Sputnik. İspaniya məktəblərindən birində dərslərin ağır havalı siniflərdə və ya distant formada deyil, çimərlikdə təşkil edilməsi barədə qərar qəbul olunub. Yeni tədris formatı Mursiya muxtar icmasında qəbul olunub və Los Netyos sahilində həyata keçirilir. Hələ ki çimərlik dərslərinə ancaq 6-12 yaşlı məktəblilər cəlb olunublar.

Müəllimlər öz növbəsində bu cür qeyri-standart tədris formasına məsuliyyətlə yanaşıblar: saat 8-də onlar çimərlikdə parta, stul və portativ yazı lövhələrini quraşdırırlar. Özü də uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

Dərslərin müddəti 20 dəqiqədir, tənəffüs zamanı isə şagirdlər çimərlikdə gəzə bilərlər.

​Geyim və ayaqqabı formasının heç bir fərqi yoxdur. Şagirdlər istədikləri kimi geyinib dərsə gələ bilərlər.

Qeyd olunur ki, çimərliyə "köçmüş" məktəb bir il müddətində pandemiya üzündən qapalı şəraitdə qalmış məktəblilər üçün təşkil olunmuş "Fresh Air" proqramının iştirakçısıdır.

4
Teqlər:
video, çimərlik, dərs, İspaniya