Ötən il yanğının kül etdiyi əraziyə "100 ilin yağışı" yağır - VİDEO

© REUTERS / Yiannis KourtoglouTəbii fəlakət
Təbii fəlakət - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Yeni Cənubi Uels ştatının nəhəng ərazisini ötən il meşə yanğınları külə döndərmişdi. İndi isə elə həmin torpaqları 50-100 ildə bir dəfə yağan yağışlar yuyur. 

BAKI, 22 mart - Sputnik. Avstraliyanın şərq rayonlarında daşqınlar səbəbindən təxminən 18 min sakin təxliyə edilib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sky News məlumat verib.

Qeyd olunur ki, təxliyə barədə qərarı martın 20-də Yeni Cənubi Uels ştatının rəhbərliyi verib. 

Xilasedicilərin fikrincə, ən azı, 54 min nəfər yaşayış yerini tərk etməli olacaq. Çünki güclü yağışların martın 24-dək davam edəcəyi proqnozlaşdırılır. 

Avstraliyanın Baş naziri Skott Morrisonun bildirdiyinə görə, Yeni Cənubi Uels ştatının 35 yaşayış məntəqəsi təcrid olunub. Fəlakətlə bağlı 700-ə yaxın xilasetmə əməliyyatı aparılıb. 

Sky News qeyd edib ki, ştatın nəhəng ərazisini ötən il meşə yanğınları külə döndərmişdi. İndi isə elə həmin torpaqları 50-100 ildə bir dəfə yağan yağışlar yuyur. 

Ştatın 38 rayonu təbii fəlakət zonası elan olunub.

Xəbər lenti
0