Tramp: "Videoya baxıb anladım ki, uduzmamışam"

© REUTERS / Joshua RobertsДональд Трамп, фото из архива
Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Ötən həftənin cümə günü təyyarənin trapı ilə qalxan prezident Co Bayden üç dəfə büdrəyib. Jurnalistlərin çəkdikləri video sosial şəbəkələrdə sürətlə paylaşılıb

BAKI, 22 mart - Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkə başçısı Co Baydenin təyyarənin trapında başına gələn hadisəni şərh edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, onun bu haqda danışdığı video TikTok-da paylaşılıb.

"Baydenin trapla necə qalxdığına baxırdım, o vaxt dedim: "Mən ona uduzmamışam"", - Tramp söyləyib.

Ötən həftənin cümə günü təyyarənin trapı ilə qalxan prezident Co Bayden üç dəfə büdrəyib. Jurnalistlərin çəkdikləri video sosial şəbəkələrdə sürətlə paylaşılıb. Ağ Evdən isə bildiriblər ki, prezidentin büdrəməsinə güclü külək səbəb olub, Bayden isə özünü əla hiss edir.

Xəbər lenti
0