Türkiyə İstanbul Konvensiyasından niyə imtina etdi?

© REUTERS / UMIT BEKTAS Женщина фотографирует чаек во время двухдневного комендантского часа в Турции
 Женщина фотографирует чаек во время двухдневного комендантского часа в Турции - Sputnik Azərbaycan, 1920, 21.03.2021
Abunə olmaq
Konvensiyanı çox zaman mübahisəli sənəd adlandırırlar, bu, tənqidçilərin fikrincə, "gender" məfhumunun anlaşıqsız izahı ilə bağlıdır. 

BAKI, 21 mart - Sputnik. Türkiyənin qadınların hüquqularının qorunması barədə İstanbul Konvensiyasından çıxmasının səbəbi sənəddən homoseksualizmin norma kimi qəbul etdirilməsi üçün istifadə olunması ilə bağlıdır. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir. 

Türkiyə şənbə günü, martın 20-də İstanbul Konvensiyasından çıxdığını bəyan edib. Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı Resmi Gazete-də dərc olunub. Bu, ABŞ və Aİ-də mənfi reaksiya doğurub, onlar Türkiyəni öz qərarına yenidən baxmağa çağırıblar.

"Türkiyə martın 20-də birtərəfli qaydada İstanbul Konvensiyasından çıxdı... Məlumdur ki, Türkiyə bu konvensiyanı birinci imzalamaqla qadınların cəmiyyətdə statusunun qorunması və onlara qarşı istənilən zorakılıqla mübarizədəki qətiyyətini nümayiş etdirib. Qadınların hüquqlarının qorunması üçün nəzərdə tutulan Konvensiyanı indi bir qrup adam mənimsəyərək homoseksualizmi norma kimi təqdim etməyə çalışır, bu isə Türkiyənin ailə və sosial dəyərləri ilə bir araya sığmır. Konvensiyadan çıxmaq qərarı da buradan qaynaqlanır", - bəyanatda deyilir.  

Vurğulanır ki, Türkiyə İstanbul Konvensiyasından ciddi narahat olan yeganə öplkə deyil. "Aİ-nin altı üzvü (Bolqarıstan, Macarıstan, Çexiya, Latviya, Litva və Slovakiya) İstanbuil Konvensiyasını ratifikasiya etməyib. Polşa LGBT cəmiyyətlərinin gender barədə öz təsəvvürlərini bütün cəmiyyətə sırımağa çalışması səbəbi ilə Konvensiyadan çıxmağa cəhd etdi", - bəyanatda qeyd olunur.

Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.03.2021
Türkiyənin hərəkəti Baydenin xoşuna gəlmədi

Ərdoğan administrasiyası bildirib ki, İstanbul Konvensiyasından çıxmaq o demək deyil ki, Türkiyə qadınların müdafiəsini zərbə altında qoyur. Ölkə ailə zorakılığı ilə mübarizəni dayandırmayacaq. 

"Prezident Ərdoğan bəyan edib ki, Türkiyə bütün qadınların hüquqlarını qoruyacaq, məişət zorakılığna qarşı mübarizə hökumətin diqqət mərkəzində olacaq. Qadınların hüquqlarının qorunması üzrə Türkiyə hökuməti konkret addımlar atıb. Bu mexanizmlər işləyir. Türkiyə qadınlara qarşı zorakılığın artması şəraitində yeni islahatlar keçirəcək", - sənəddə vurğulanır. 

Avropa İttifaqının İstanbul Konvensiyası 2011-ci il mayın 11-də ittifaqın bütün ölkələrinin imzalaması üçün açıq olub. O, qadınlara qarşı şiddətə və məişət zorakılığına qarşı yönəlmiş ilk Avropa razılaşması oldu. 

Türkiyə bu Konvensiyanı ratifikasiya edən ilk ölkə oldu (12.03.2012), onun ardınca isə 33 ölkə sənədi qəbul etdi. Ümumilikdə Aİ də daxil olmaqla onu 46 ölkə imzalayıb. Sənəd 2014-cü il avqustun 1-dən qüvvəyə minib.

Konvensiyanı çox zaman mübahisəli sənəd adlandırırlar, bu, tənqidçilərin fikrincə, "gender" məfhumunun anlaşıqsız izahı ilə bağlıdır. 

Xəbər lenti
0