Almaniyada epdimioloji vəziyyət

Fərasətə bax: "əri"nin nazirliyinə yarım milyon maska satdı

23
Almaniyada koronavirus infeksiyasına görə birinci lokdaun zamanı maska qıtlığı hiss olunurdi. O zaman Şpanın başçılıq etdiyi nazirlik təcili surətdə məsələni həll etməyə çalışırdı.

BAKI, 21 mart - Sputnik. Almaniya Federativ Respublikasının Səhiyyə Nazirliyi ötən il Burda GmbH  şirkətindən yarım milyon ədəddən çox FFP2 sinifli tibbi maska alıb. Bu şirkətin adı Almaniyanın Səhiyyə naziri Yens Şpanın həyat yoldaşı Daniel Funke ilə bağlıdır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Spiegel Bundestaqın yaydığı sənədə istinadla yazıb.

Daniel Funke şirkətin Berlindəki bürosuna başçılıq edir. Bundestaqın sənədinə görə, Burda GmbH-dən ədədi 1.73 dollara 570 min maska alınıb. Ümumi məbləğ 909 min avro təşkil edib. 

Almaniyada koronavirus infeksiyasına görə birinci lokdaun zamanı maska qıtlığı hiss olunurdi. O zaman Şpanın başçılıq etdiyi nazirlik təcili surətdə məsələni həll etməyə çalışırdı. Burda GmbH-dən isə bildiriblər ki, Funke danışıqlarda iştirak etməyib, hətta heç ondan xəbəri belə yox imiş. 

Funke şirkətdə 2007-ci ildən işləyir, 2019-cu ilin sentyabrından isə onun Berlindəki bürosunun rəhbəridir. 

Pandemiya başlayandan Almaniyada 2 669 233 nəfər koronavirusa yoluxub, 74 712 xəstə dünyasını dəyişib. 

Qeyd edək ki, Şpan və Funke 2017-ci il dekabrın 22-də Almaniyada eynicinsli insanların izdivacının leqallaşdırılmasından sonra evləniblər.

23
Teqlər:
Səhiyyə Nazirliyi, maska, Koronavirus, Almaniya

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

5
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

5
İsrailin müstəqilliyinin 73-cü ildönümü

İsraildə maska ilə bağlı kritik qərar verildi

12
Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub.

BAKI, 17 aprel — Sputnik. Dünyada koronavirusa qarşı ən çox peyvənd edən İsrail sabahdan etibarən açıq havada maska ​​taxmaq məcburiyyətini ləğv edir.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, İsrail səhiyyə naziri Yuli Edelstein məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilərkən, qapalı yerlərdə maska taxmağın məcburi olması davam edəcək.

İsraildə peyvənd kampaniyasından sonra koronavirus xəstəliyinə tutulanların sayında əhəmiyyətli azalma olub, məhdudlaşdırma tədbirləri isə fevralın 21-dən etibarən tədricən yumşaldılır.

Baş nazir Binyamin Netanyahu "Pfizer&BioNTech" peyvəndinin ölkəyə tədarükünü təmin edib.

Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Bu da ölkə əhalisinin təxminən 61 faizi deməkdir.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, son günlər ölkədə günlük "COVID-19" xəstələrinin sayı 200-dən aşağı düşüb. Yanvar ayının ortalarında isə günlük xəstələrin sayı 10 min civarında idi. Bu səbəbdən peyvəndin İsraildə normallaşmanı təmin etdiyi düşünülür. Ölkədə bu günə qədər 6 min 312 nəfər koronavirus səbəbindən ölüb, ümumi xəstəlik sayı isə 836 mini keçib.

12
FTX

FTX Ukraynanın Peterburqdakı konsulunu saxlayıb

0
(Yenilənib 15:58 17.04.2021)
Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib

BAKI, 17 aprel — Sputnik. Ukraynanın Peterburqdakı konsulu Aleksandr Sosonyuk rusiyalı bir şəxsdən "qapalı" məlumatlar alarkən yaxalanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, söhbət güc nazirliklərinin informasiya bazasına daxil olan məlumatlardan gedir.

"Hazırda o Ukraynanın diplomatik nümayəndəliyindədir. Yaxalanmanın təfərrüatları araşdırılır. Mövcud təcrübə və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəfi cavab hazırlayır", - deyə Ukrayna XİN mətbuat katibi Oleq Nikolayenko bildirib.

Federal təhükəsizlik xidmətinin (FTX) məlumatında qeyd olunur ki, Sosonyukun fəaliyyəti "Rusiyaya qarşı düşmənçilik xarakterlidir və diplomatik işçi statusu ilə bir araya sığmır". O uzun illərdir ki Rusiyada çalışıb: Ukraynanın Peterburqdakı konsulluğununu internet saytında onun 2012-ci ilin oktyabrından burada işləməsi barədə qeyd var.

FTX məlumatında o da qeyd olunur ki, Sosonyuk beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılacaq.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının rəyasət heyətinin üzvü Boqdan Bespalkonun qənaətinə görə, konsul Rusiyadan qovula bilər. O həmçinin Sankt-Peterburqdakı konsulluğun ümumiyyətlə bağlanmasını da istisna etməyib.

Ukrayna xarici işlər nazirliyi isə yaxın vaxtlarda konsulun Vətənə qaytarılması məsələsinin həll ediləcəyini bəyan edib.

"Yaxın vaxtlarda biz onun Vətənə qaytarılması məsələsini həll edəcəyik. Bizim diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının onun haqqında iddia etdiyi hərəkətlərlə heç bir əlaqəsi yoxdur", -deyə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

Xatırladaq ki, diplomatlar çalışdıqları ölkələrdə toxunulmazlıq statusuna malik olurlar. Eyni zamanda Vyana konvensiyası diplomatik nümayəndələrin qanunları pozduğu və ya düşmənçilik xarakterli hərəkətlərə yol verdiyi təqdirdə olduqları dövlətin onları ölkədə qalmaq hüququndan məhrum etməsini də nəzərdə tutur.

0