O da Trampdan belə pul qazanır - FOTO

© AP Photo / Alex BrandonПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.03.2021
Abunə olmaq
"Hesab edirəm ki, bu müqayisə xüsusilə maraqlıdır. Bu, konfliktdir", - deyən rəssam əlavə edib ki, öz işinə siyasi çalar vermək fikri olmayıb. 

BAKI, 21 mart - Sputnik. Çinli rəssam Hon Tszinşi ABŞ-ın sabiq prezidenti Donald Trampı Budda obrazında gil heykəlini yaradıb.

Sputnik Azərbaycan bildirir ki, rəssam ABC News-a Tramp bəzi videolarda hər şeyi bilən kimi göründüyündən belə bir ideyanı gərçəkləşdirməyi qərara aldığını söyləyib. O deyir ki, Trampı "heç kimin onu keçə bilməyəcəyi, hər şeydən agah vəziyyətdə" yaratmaq istəyib. 

​Tszinşi deyir ki, heykəl sülhsevər görünüşə malikdir. Rəssamın sözlərinə görə, Trampın heykəli ilə şəxsiyyəti bir-birilə ziddiyyət təşkil edir. 

"Hesab edirəm ki, bu müqayisə xüsusilə maraqlıdır. Bu, konfliktdir", - deyən rəssam əlavə edib ki, öz işinə siyasi çalar vermək fikri olmayıb. 

Meditasiya edən Trampın fiquru  sosial şəbəkədə az zamanda populyarlaşıb. Tzinşi onun iki fərqli ölçüdə fiqurunu hazırlayaraq birini 150, digərini 610 dollara satır. "Öz biznesini yenidən möhtəşəm et", - rəssam elanın altında yazıb. 

Çinli rəssamın fiqurla bağlı problemi də yaranıb. Çünki Budda-Trampın fiqurunu artıq başqaları da düzəldib satmağa başlayırblar. 

Xəbər lenti
0