Uhanda P4 laboratoriyası

Çinli alim ÜST-ün əvəzinə danışır: Qurum koronavirusun mənşələrindən birindən vaz keçib

56
(Yenilənib 22:46 18.03.2021)
Vanyan əlavə edib ki, sənədin dərcinin gecikməsi ekspertlər arasındakı fikir ayrılığından qaynaqlanmır. 

BAKI, 18 mart - Sputnik. Koronavirusun mənşəyini araşdıran ÜST mütəxəssisləri onun laboratoriyadan sızma nəticəsində yayılması versiyasını istisna ediblər. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir  ki, bunu təşkilatın Uhandakı missiyası ilə işləyən Çin mütəxəssisləri qrupunun rəhbəri Lyan Vanyan deyib. 

Bir müddət öncə mütəxəssislər bu versiyanın ağlabatan olmadığını bəyan eləmişdilər. Vanyan Global Times-a müsahibəsində deyib ki, əgər yeni sübutlar aşkara çıxsa, o zaman mütəxəssislər bu versiyanı yenidən araşdıra bilərlər. 

O dəqiqləşdirib ki, ÜST missiyasının işinin nəticəsi barədə rəsmi hesabat hələ dərc olunmayıb, amma vurğulayıb ki, açıqladığı məlumatı çinli və əcnəbi alimlərin konsensusu nəticəsində əldə edib. Vanyan əlavə edib ki, sənədin dərcinin gecikməsi ekspertlər arasındakı fikir ayrılığından qaynaqlanmır. 

"Biz tam, dəqiq və elmi, yüksək səviyyəli hesabat təqdim etmək fikrindəyik, ona görə proses vaxt alacaq", - mütəxəssis deyib. 

Xatırladaq ki, bundan öncə ÜST-ün ekspert qrupu Uhandakı araşdırmanın nəticələrinə görə koronavirusun insana yoluxmasının 4 mənşəsini irəli sürmüşdü: heyvandan, aralıq ünsürdən, donmuş məhsullardan, laboratoriya sızıntısından. 

 

56
Teqlər:
Laboratoriya, Uhan, Çin, Koronavirus, epidemiya, COVID-19, ÜST
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

10
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

10
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

159
(Yenilənib 23:35 19.04.2021)
Müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub.

BAKI, 19 aprel - Sputnik. 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.

Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:

“Eyni zamanda Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan münasibətlərinə qəsdən zərər vurmaqla bağlı cəhdlər də olub. Destruktiv proseslərin asanlaşdırılması üçün Gürcüstanın cari hadisələrdə müxtəlif formada iştirak etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb”.

Qeyd edilib ki, müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub: “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”.

159
Evdən icazəsiz çıxan koronavirus xəstəsi, arxiv şəkli

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

0
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

BAKI, 20 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 19-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

0