Ermənistanda əsgərlərə qohumları ilə görüş və məzuniyyət qadağan edildi

© © Ministry of Defence of The Republic of ArmeniaErməni əsgərləri, arxiv şəkli
Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Yeni qaydaya görə, əsgərin ailə üzvlərindən həyat yoldaşı, uşağı, atası, anası, bacısı, qardaşı, babası və nənəsi vəfat edərsə, ona istisna hal olaraq məzuniyyət verilir.

BAKI, 17 mart - Sputnik. Ermənistanda əsgərlərə qohumlarla görüş, günlük buraxılış və məzuniyyət qadağan edilib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin saytında yayılıb.

“Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna əsasən, əsgərin ailə üzvlərindən həyat yoldaşı, uşağı, atası, anası, bacısı, qardaşı, babası və nənəsi vəfat edərsə, ona istisna hal olaraq məzuniyyət verilir.

Nazirlik əsgər qohumlarından pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyəti anlayışla qarşılamağı xahiş edib.

Qeyd edək ki, Ermənistanda 180 141 nəfər COVID-19-a yoluxub, 3 282 nəfər isə koronavirusdan ölüb.

Xəbər lenti
0