Turistlər istirahətdə, arxiv şəkli

Avropa ölkəsi mayın 1-dən turizm mövsümünü açır

24
Hökumət əcnəbi turistlərə "yaşıl dəhliz" yaratmağa hazırdır - koronavirusdan sağalan, vaksinasiyadan keçən, yaxud da COVID-19 testi mənfi olan insanlar sərhəddən keçərək kurortlarda dincələ bilərlər.

BAKI, 14 mart - Sputnik. Bolqarıstanda yay turizm mövsümü mayın 1-dən açılır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin baş nazirinin müavini və turizm naziri Mariyana Nikolova Facebook-da yazıb. 

"Turistlərin ölkəyə gəlişinə dair tələblər səhiyyə orqanları ilə razılaşdırılaraq işlənib hazırlanıb", - Nikolova yazıb.

Bolqarıstan hökuməti əcnəbi turistlərə "yaşıl dəhliz" yaratmağa hazırdır - koronavirusdan sağalan, vaksinasiyadan keçən, yaxud da COVID-19 testi mənfi olan insanlar sərhəddən keçərək kurortlarda dincələ bilərlər. 

Yunanıstanda bildiriblər ki, turistləri mayın 14-dən sonra qəbul edə bilərlər. İspaniyada dincəlmək üçünsə mayın 19-nu gözləmək lazım gələcək. Buraya yalnız vaksin pasportu olanlar buraxılacaqlar.

24
Teqlər:
pasport, Koronavirus, mövsüm, turizm, Bolqarıstan, Avropa
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov Qarabağda hələ kiçik insidentlərin olduğunu etiraf edib

11
(Yenilənib 13:07 06.05.2021)
Rusiya XİN başçısı: Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq.

BAKI, 6 may — Sputnik. Dağlıq Qarabağda vəziyyət normallaşıb, kiçik insidentlər Rusiya sülhməramlıları tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağ nizamlanmasında pozitiv tendensiyalar izləyirik. Vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rusiya sülhməramlı kontingenti təhlükəsizliyin qarantıdır, onlar təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Kiçik insidentlər - yəqin ki, onlarsız heç bir əməliyyat keçmir, bizim sülhməramlı hərbçilərimiz tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Onlar əsirlərin dəyişdirilməsinə də daimi diqqət ayırır", - deyə Lavrov Ermənistan XİN-in səlahiyyətlərini icra edən Ara Ayvazyanla görüşü zamanı bildirib.

Lavrov həmçinin deyib: "Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq".

11
Teqlər:
Bakı, Yerevan, Ermənistan, Rusiya, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu: "Türkiyə hər şeydə Rusiya ilə razı deyil"

30
(Yenilənib 12:55 06.05.2021)
XİN başçısı deyib ki, Türkiyə öz milli maraqlarını qorumalıdır və ölkənin təhlükəsizliyini təhdid altına qoya bilməz.

BAKI, 6 may — Sputnik. Moskva və Ankaranın fikirləri bir sıra məsələlərdə fərqlidir, lakin Rusiya ilə dialoqun açıq saxlanılması və əlaqələrin davam etdirilməsi lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşrinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlunun sözlərinə görə, Ankara Moskva ilə qarşılıqlı işgüzar əlaqələr qurmağa çalışır.

Türkiyə XİN rəhbəri etiraf edib ki, Rusiya bəzi regional məsələlərdə aparıcı oyunçudur: "Müsbət nəticələri əldə etmək heç də həmişə asan deyil, lakin mümkündür. Bu o anlama gəlmir ki, biz bütün məsələlərdə eyni fikirdəyik. Lakin biz açıq danışmağı bacarırıq. Dialoq kanallarını açıq saxlamaq lazımdır".

Çavuşoğlu vurğulayıb ki, Türkiyə öz milli maraqlarını qorumalıdır və ölkənin təhlükəsizliyini təhdid altına qoya bilməz: "Rusiya bunu anlayır. Mümkün olduqda biz Rusiya ilə əməkdaşlıq edirik, ancaq lazım olduqda öz mövqeyimizi qoruyuruq".

O vurğulayıb ki, Rusiya ilə dialoq regional və beynəlxalq sabitliyə yardım etməlidir.

 

30

Azərbaycanda sutkalıq yoluxma sayı aşağı düşdü

6
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub

 

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2 057 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib. 19 044 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

6