Fransa və Aİ bayraqları, arxiv şəkli

Brexit bitdi, Frexit başlayır?

55
(Yenilənib 12:35 14.03.2021)
Erblenin fikrincə, Brexit presedent yaratdı və göstərdi ki, bu, ittifaqın tərkibində olmaqdan daha sərfəlidir.

BAKI, 14 mart - Sputnik. Jurnalist Loran Erble Le Figaro jurnalında dərc olunmuş məqaləsində Fransanın Avropa İttifaqını tərk edə biləcəyi barədə yazıb. 

Müəllif hesab edir ki, koronavirus pandemiyası Avropanın sənaye və iqtisadiyyatının nə dərəcədə çökdüyünü nümayiş etdirdi. Jurnalist buna görə günahı Avropa İttifaqının rəhbərliyinin boynuna qoyur. Onun fikrincə, rəhbərlik Avropa ticarətinə preferensiya verilməsinə mane olur və ittifaqın üzv ölkələrinə lazımi dəstəyi göstərmir.

Erble xatırladıb ki, ABŞ milli iqtisadiyyata kömək üçün təxminən beş milyard dollar ayırıb, Avropada isə belə maliyyələşmənin həcmi cəmi 300 milyard avro olub. Eyni zamanda, o qeyd edir ki, Aİ rəhbərliyi yaranmış şəraitdə üzv ölkələri tibbə ayrılan xərcləri, eləcə də guya rəqabəti artırmaq məqsədilə həkimlərin maaşlarını azaltmağa çağırır. 

"Aİ danışıqları o qədər ləng aparır ki, Avropa ölkələrinin çoxu Rusiya və ya Çin vaksinləri almağa başlayır", - müəllif yazır. 

Erblenin fikrincə, Brexit presedent yaratdı və göstərdi ki, bu, ittifaqın tərkibində olmaqdan daha sərfəlidir. Məsələn, Britaniyanın koronavirusla mübarizə strategiyası Aİ-nin strategiyasından daha effektli oldu. 

Jurnalist belə qənaətə gəlir ki, Fransanın Avropa İttifaqını tərk etməsi ideyasının tərəfdarları öz mövqelərini bərkitmək üçün yeni-yeni arqumentlər əldə edirlər, əsas da budur ki, ittifaq Beşinci respublikanı heç bir böhrandan müdafiə edə bilməyib. 

"Aİ - sadəcə əlavə bürokratik strukturdur, o, iflic edir və heç vaxt bizim maraqlarımızı nəzərə almır", - Erble yekunlaşdırıb. 

Bununla Erble Fransanın Avropa İttifaqından çıxması prosesini real hesab edib. 

55
Teqlər:
məqalə, "Le Figaro", Fransa, Avropa ittifaqı
Qoyun, arxiv şəkli

"Qissar"dan böyük "Araşan" var: Qırğızıstanda yeni qoyun cinsi qeydə alınıb

6
Yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır.

BAKI, 7 may — Sputnik. Qırğızıstanda "Araşan" adlı yeni ətlik-piylik qoyun cinsi rəsmi qeydiyyatdan keçirilib. Sputnik Qırğızıstan xəbər verir ki, yeni cinsdən olan qoyunlar öz xüsusiyyətlərinə görə etalon sayılan "Qissar" cinsindən olan qoyunları xeyli qabaqlayır.

Bu cür qoyunlar hələ Sovet dövründən yetişdirilib. Lakin yeni cins kimi qeydiyyatdan cari ilin aprelin 15-də keçirilib.

Qırğızıstan elmi-tədqiqat heyvandarlıq institutunun Qoyunların yetişdirilməsi və seleksiyası şöbəsinin müdiri Rahatbek İbrayev bildirib ki, yeni cins "Qissar" və "qırğız iriyunlu" cinslərinin cütləşdirilməsi yolu ilə yetişdirilib.

"Nazirliyin əsasnaməsinə görə, yeni cinsi qeydiyyatdan keçirmək üçün həmin cinsdən 5000 baş heyvan olmalı və bütün heyvanlar eyni tipli olmalıdırlar. Hazırda Qırğızıstanda 5800 başdan çox "Araşan" var. Fermerlərin xahişi ilə tədqiqat keçirilib və məlum olub ki, yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır", — deyə İbrayev bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda "Araşan" cinsinin ölkə hüdudlarından kənarda populyarlaşdırılması istiqamətində iş aparılır. Bu məqsədlə sərginin keçirilməsi və xarici ölkə nümayəndələrinin dəvət olunması planlaşdırılır.

Qoyun Yetişdiriciləri İctimai Birliyinin sədri Mirlan Satıbekov isə "Araşan" qeydiyyatdan keçirildikdən sonra artıq beynəlxalq sərgilərdə də iştirak etməyin mümkün olduğunu dilə gətirib.

"Yeni cins "Qissar" cinsli qoçlarla rəqabət aparmaq qabiliyyətindədir və hətta onlardan daha böyükdür. Fermerlərdən biri özünün 220 kiloqramlıq qoçunu hətta 50 min dollara da satmır. Bu cinsin quzularının qiyməti isə 300 dollardır. Bizim heyvandarlar çoxlu sayda qoyun saxlamağa öyrəşiblər. Amma 100 baş cins erkək qoyun saxlamaq 500 baş adi qoyun saxlamaqdan daha yaxşıdır. Belə ki, cins qoyunlar daha çox ət verir və onları diri halda sərfəli qiymətə satmaq olar", — deyə Satıbekov bildirib.

Mütəxəssis onu da bildirib ki, "Araşan" cinsindən olan qoçları almaq istəyənlər Qoyun Yetişdiriciləri İctimai Birliyindən məsləhət ala bilərlər.

6
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu, arxiv şəkli

Putin Netanyahu arasında kritik danışıq

10
(Yenilənib 21:24 07.05.2021)
Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəlib.

BAKI, 7 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq məsələləri müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, telefon danışığı zamanı liderlər Suriya nizamlanması da daxil olmaqla beynəxlaq gündəlikdə olan məsələləri müzakirə ediblər. Bildirilir ki, Benyamin Netanyahu Putini İsrail tərəfinin Kiyev nümayəndələri ilə əlaqələri barədə məlumatlandırıb. Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Putin və Netanyahu, həmçinin Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibəti ilə bir-birlərini təbrik ediblər.

10
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0