Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

"Səhv ediblər" - Avrokomissiyanın rəsmisi vaksin strategiyası haqda

19
Son həftələr Aİ-də Pfizer/BioNTech və AstraZeneca vaksinlərinin tədarükü ilə bağlı problemlər yaranıb, bu isə vaksinasiya planlarını poza bilər. 

BAKI, 14 mart - Sputnik. Avropa İttifaqının COVID-19 əleyhinə vaksin strategiyasının reallaşdırılmasında problemlər yaranıb. 

Sputnik Azərbaycan bildirir ki, bunu Tagesspiegel AM Sonntag-a müsahibəsində Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans deyib. 

AstraZeneca peyvəndi, arxiv şəkli
© AP Photo / Alessandra Tarantino

"Bəli, bu düzdür ki, Brüsseldə də, elə (Avropa İttifaqına - red.) üzv ölkələrdə də vaksinin sifarişi zamanı səhvlər buraxılıb", - deyən müavin əlavə edib ki, vətəndaşların preparatı mümkün qədər tez almaq tələblərini anlayır. 

Siyasətçi qeyd edib ki, yekunları yalnız pandemiya bitdikdən sonra açıqlamağa hazırdır: yalnız o zaman harada səhv buraxıldığı, harada isə düzgün qərar qəbul edildiyi anlaşılacaq. Aİ-nin vaksin üçün birgə sifarişini o, düzgün adlandırıb. Ancaq Timmermansın fikrincə, bu məsələdə Avropa yanaşması daha çox Almaniya kimi varlı ölkələrin maraqlarına cavab verir. 

Hazırda Avropa İttifaqında 4 - Pfizer/BioNTech, Moderna, AstraZeneca və Johnson&Johnson - şirkətin peyvəndlərindən istifadəyə icazə var. Bundan başqa, AK Sanofi-GSK, CureVac preparatlarının tədarükü üçün müqavilələr bağlayıb. Onlar isə Avropa bazarında avtorizasiya üçün ərizə ilə müraciət etməyiblər. 

İttifaq ölkələri ümumilikdə COVID-19 əleyhinə 2.3 milyard vaksin doza əldə edə biləcək. Sentyabrın ortasındaək Avropa əhalisinin 70%-nin peyvənd olunacağı gözlənilir. Ancaq son həftələr Aİ-də Pfizer/BioNTech və AstraZeneca vaksinlərinin tədarükü ilə bağlı problemlər yaranıb, bu isə vaksinasiya planlarını poza bilər. 

19
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, strategiya, vaksinasiya, vaksin, müqavilə, Avropa Komissiyası, Avropa İttifaqı
Mövzu:
Yeni tip koronavirus pandemiyası (684)
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

4
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

4
Taxt Oyunları serialından kadr, arxiv şəkli

"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

6
(Yenilənib 16:28 07.05.2021)
"House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib.

BAKI, 7 may — Sputnik. "Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb. Sosial şəbəkələrdə "Game of Thrones" ("Taxt Oyunları") serialının prikveli olan "House of the Dragon"dan ("Əjdaha Evi") ilk görüntülər paylaşılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı foto layihənin "Twitter" hesabında dərc olunub.

Ümumilikdə üç şəkil paylaşılıb. Kadrlarda Reynira və Deymon Tarqarien, Korlis Velarion ("Dəniz ilanı"), həmçinin Alisenta və Otto Haytauerlər əks olunub.

Qeyd edək ki, "House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vesterosda hakimiyyət dövrünü göstərəcək. Layihənin şourannerləri Rayan Kondal və Miqel Sapoçnikdir. O da vurğulanır ki, "Game of Thrones"un bəstəkarı Ramin Cavadi yeni serial üçün də musiqi yazacaq.

Amerikalı yazıçı Corc Martinin "Alov və qan" kitabı əsasında çəkilən serialın təqimatı 2022-ci ilə planlaşdırılıb.

6
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

0
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

0