Eks-prezident həbs olundu

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Boliviyanın keçmiş prezidenti Janin Anyes terrorizm, vətənə xəyanət və sui-qəsd törətmək ittihamları ilə həbs olunub.

BAKI, 13 mart — Sputnik. Boliviyanın keçmiş prezidenti Janin Anyes terrorizm, vətənə xəyanət və sui-qəsd törətmək ittihamları ilə həbs olunub. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin daxili ışlər naziri Eduardo del Kastilo öz Twitter səhifəsində məlumat yayıb.

"Boliviyalılar bilsinlər ki, xanım Janin Anyes artıq saxlanılıb və hazırda polisin əlindədir", - deyə nazir yazıb.

Qeyd edək ki, ötən gün Boliviyanın rəsmi xəbər agentliyi olan "Agencia Boliviano de Information" bu ölkənin keçmiş ədliyyə naziri Alvaro Koimbra və keçmiş enerji naziri Rodriqo Qusmanın 2019-cu ilin noyabr ayında baş vermiş dövlət çevriliş ilə əlaqədər aparılan istintaq tədbirləri çərçivəsində saxlanıldıqları barədə məlumat vermişdi.

Xəbər lenti
0