SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Regionda gözlənilməz dəyişiklik, müttəfiqləri Türkiyəyə qarşı...

© © Greek Defense Ministry via APВоееные корабли ВС Греции
Воееные корабли ВС Греции - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Təlimlər Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkinin Türkiyəni hədəf alan açıqlamasından sonra elan olunub.

BAKI, 12 mart — Sputnik. Yunanıstan Amerika Birləşmiş Ştatları ilə birgə gözlənilmədən Aralıq dənizində təlimlər keçirəcək.

Sputnik Azərbaycan "Milliyet" nəşrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar regiona çox böyük hərbi kontingentlə gəlib.

Belə ki, Yunanıstana məxsus Krit adası yaxınlığına USS Eisenhower aviadaşıyıcısı ilə yanaşı 22 hərbi gəmi və 5 mindən çox hərbçi cəlb olunub.

Qeyd olunur ki, təlimlər Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkinin Türkiyəni hədəf alan açıqlamasından sonra elan olunub.

Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar Aralıq dənizi regionunda sabitlik üçün Yunanıstanla işbirliyini davam etdirəcək. Bildirilir ki, təlimlərlə bağlı bütün təşkilatı işlər Yunanıstan Dəniz Qüvvətlərinin Komandanlığı tərəfindən həyata keçirilib.

Hərbi təlimlərin gələn həftə baş tutacağı gözlənilir.

Qeyd edək ki, Yunanıstan ordusu ötən həftə başqa bir müttəfiqi olan Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı ilə Aralıq Dənizində Türkiyəyə qarşı təlimlər keçirmişdi.

Xəbər lenti
0