İsrail son 1,5 il ərzində İranın ən azı 10 gəmisinə hücum edib

© AFP 2023 / JAAFAR ASHTIYEHСолдаты израильской армии, фото из архива
Солдаты израильской армии, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
İsrail İranın öz neft gəlirlərindən Yaxın Şərqdəki ekstremist qrupların maliyyələşdirilməsi üçün istifadə edəcəyindən ehtiyatlanır.

BAKI, 12 mart — Sputnik. İsrail son 1,5 il ərzində, əsasən, Suriyaya neft daşıyan 10-a yaxın İran gəmisinə hücum edib. Bu barədə Wall Street Journal bölgədəki və ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, İsrail 2019-cu ilin axırlarından etibarən Qırmızı dəniz və Yaxın Şərqin digər bölgələrindəki İran gəmilərinə qarşı sualtı minalar da daxil olmaqla, müxtəlif silahlardan istifadə edib. İsrail İranın öz neft gəlirlərindən Yaxın Şərqdəki ekstremist qrupların maliyyələşdirilməsi üçün istifadə edəcəyindən ehtiyatlanır.

Qeyd edək ki, İranla İsrail arasındakı qarşıdurma 1979-cu ildə İranda baş vermiş İslam inqilabından sonra kəskinləşib. Daha sonra iki ölkənin münasibətləri Tehranın yəhudi dövlətinə qarşı sərt ritorikası ilə müşayiət olunub və İran İslam Respublikası nüvə silahı istehsalına başlayandan sonra daha da pisləşib.

İran-İsrail qarşıdurmasını, həmçinin Tel-Əvivin Livandakı şiə "Hizbullah" hərəkatına qarşı apardığı mübarizə və İsrail Müdafiə Ordusunun Suriyadakı İran hədəflərinə endirdiyi zərbələr də xeyli qızışdırıb.

Xatırladaq ki, bu ilin yanvar ayında İsrail Müdafiə Qüvvələri baş qərargah rəisi, general-leytenant Aviv Kohavi İrana qarşı yeni əməliyyat planlarının hazırlanması barədə təlimat verib. Buna cavab olaraq, İran İslam Respublikası silahlı qüvvələrinin nümayəndəsi, briqada generalı Əbülfəzl Şəkərçi İsraili hakimiyyət orqanlarının "kiçik bir səhvə yol verəcəyi təqdirdə", bu ölkəyə zərbə endiriləcəyi ilə hədələyib.

Xəbər lenti
0