Co Bayden, arxiv şəkli

Bayden "Amerika qurtuluş planı"nı imzaladı

20
(Yenilənib 23:38 11.03.2021)
Layihədə göstərilən məbləğin təqribən 400 milyard ABŞ dollarını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur.

BAKI, 11 mart - Sputnik. ABŞ prezidenti Co Bayden ümumi məbləği 1,9 trilyon ABŞ dolları olan qanun layihəsini imzalayıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, "Amerika qurtuluş planı" adlanan sənədin imzalanma mərasimi ölkənin xəbər kanalları tərəfindən Ağ Evdən yayımlanıb.

Qeyd edək ki, layihədə göstərilən məbləğin təqribən 400 milyard ABŞ dollarını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur. Hakimiyyət daha 1 trilyon ABŞ dolları əhalinin dəstəklənməsinə yönəltmək niyyətindədir. Digər məbləğ pandemiyada zərər çəkən müəssisələr arasında bölüşdürüləcək.

Qanun əsasən, ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1,4 min ABŞ dollar birbaşa ödəniş nəzərdə tutulur.

Bundan başqa işsizliyə görə federal büdcədən ödənişlər ştatların ödədiyi vəsaitdən əlavə avqust ayına qədər həftədə 300 ABŞ dollarına bərabər olacaq. Bundan əlavə, qanun layihəsində koronavirus pandemiyasının aradan qaldırılmasına kömək məqsədilə məktəblərə 130 milyard ABŞ dollar, kollec və universitetlərə daha 40 milyard ABŞ dollar ayrılması nəzərdə tutulur.

Ştatlar və dairələr səviyyəsində yerli hökumət orqanları 350 milyard ABŞ dollar dəstək alacaqlar. Aviaşirkətlərə dəstək üçün 15 milyard ABŞ dollar, restoranlara dəstək üçün 25 milyard ABŞ dollar, COVID-19 testlərinin çoxalması üçün təqribən 50 milyard ABŞ dollar ayrılıb.

20
Teqlər:
ABŞ, Co Bayden
Türkiyə hərbçiləri, arxiv şəkli

İrandan Türkiyəni qəzəbləndirəcək plan

79
(Yenilənib 22:55 17.04.2021)
Rusiya ordusuna bağlı birliklər Suriyanın Tel-Rıfat bölgəsini tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib.

BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.

"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.

"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.

 

 

79
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenkoya qarşı sui-qəsd hazırlayanlar Moskvada saxlanılıb

72
Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

BAKI, 17 aprel - Sputnik. Rusiya paytaxtında ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun fiziki yolla hakimiyyətdən kənarlaşdırılmasını planlaşdırırmışlar.

“Rusiya FTX Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı yerli və ukraynalı millətçilərin cəlb edilməsi yolu ilə Belarusda “rəngli inqilab” ssenarisinin işlənilməsi əsasında hərbi çevriliş təşkil etməyi və prezident Aleksandr Lukaşenkonun fiziki olaraq hakimiyyətdən kənarlaşdırılmasını planlaşdıran ABŞ və Belarus vətəndaşlığı olan Yuri Leonidoviç Zenkoviç və Belarus vətəndaşı Feduta Aleksandr İosifoviçin qanunsuz fəaliyyətləri ifşa olunub”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

Zenkoviç Moskvaya gəldikdən sonra ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra görüş paytaxt restoranlarından birinin kabinəsində baş tutub, görüş zamanı sui-qəsdçilər “Belarus generalları”na bildiriblər ki, planlarının uğurla həyata keçirilməsi üçün respublikanın bütün yüksək rəhbərliyini fiziki cəhətdən kənarlaşdırmaq lazımdır.

Onlar xüsusi olaraq xalqa müraciətlərini yayımlamaq üçün radio və televiziya mərkəzlərinin ələ keçirilməsinin və paytaxtda hazırkı hökumətə sadiq olan daxili qoşunlar və çevik polis qüvvələrinin bloklanmasının nəzərdə tutulduğu hərbi çevriliş planını ətraflı müzakirə ediblər.

Belarus prezidentinin hakimiyyətdən kənarlaşdırılması ilə konstitusiya quruluşunun dəyişdirilməsi və ölkənin idarə edilməsini “Milli Sülh Komitəsi”nə həvalə olunması yekun hədəf olaraq qarşıya qoyulmuşdu.

Zenkoviç və Feduta ilə bağlı Belarus istintaq orqanları Cinayət Məcəlləsinin 357-ci maddəsi (sui-qəsd və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə törədilən digər hərəkətlər) ilə cinayət işi başlanılıb.

72