COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

7
(Yenilənib 11:53 11.03.2021)
Ümumilikdə bu virusdan ölənlərin sayı 3 239-a çatıb. Xəstəlikdən sağalanların sayı 165 441 nəfər olub.

BAKI, 11 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 176 286-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 748 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 239- a çatıb. Xəstəlikdən sağalanların sayı 165 441 nəfər olub. Hazırda bu ölkədə 6 772 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 118 milyonu keçib, 2,61 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
statistika, Koronavirus, epidemiya, Ermənistan
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

8
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

51
(Yenilənib 23:35 19.04.2021)
Müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub.

BAKI, 19 aprel - Sputnik. 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.

Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:

“Eyni zamanda Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan münasibətlərinə qəsdən zərər vurmaqla bağlı cəhdlər də olub. Destruktiv proseslərin asanlaşdırılması üçün Gürcüstanın cari hadisələrdə müxtəlif formada iştirak etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb”.

Qeyd edilib ki, müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub: “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”.

51
Məişət tullantıları qutuları, arxiv şəkli

Tullantıların bir qismi satıldı, bir qismindən isə enerji əldə edildi

0
(Yenilənib 23:24 19.04.2021)
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib.

BAKI, 20 aprel — Sputnik. 2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

0