Qapılarını əcnəbi turistlərin üzünə bağlayan ölkələr

CC0 / RainerPrang / airportAeroport, arxiv şəkli
Aeroport, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
İlin yekunlarına görə, beynəlxalq turizm 74 faiz, onun gətirdiyi ixrac gəlirləri isə 1.3 trilyon dollar azalıb.

BAKI, 10 mart - Sputnik. 2021-ci ildə hər üç ölkədən biri qapılarını əcnəbi turistlərin üzünə bağlayıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatından (UNWTO) bildirilib.

В аэропорту, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq

Koronavirusun yeni ştammlarının peyda olması hökumətləri məhdudiyyətləri aradan qaldırmaqdan çəkindirir. Təşkilatın hesabatından aydın olur ki, Asiya-Sakit okeanı regionu ilə Avropada daha sərt qaydalar hökm sürür. 

217 turizm istiqamətindən 69-u tam bağlıdır. Bunlardan 30-u Asiya-Sakit okeanı regionunda, 15-i Avropada, 11-i Afrikada, 10-u - Şimali və Cənubi Amerikada, 3-ü Yaxın Şərqdədir. 34 ölkə isə qismən bağlıdır. 

Bu gün daha çox ölkə gələn səyyahlardan COVID-19 barədə PZR test tələb edir, onları karantində qalmağa məcbur edir və kontaktların izlənməsi məqsədilə marşrutlarını nəzarətdə saxlayır. Ölkələrin üçdə birində bu qaydalar tətbiq olunur. 

"Pandemiyanın əvvəlində səfərlərə qadağalar virusun yayılmasının qarşısını almaq məqsədilə qoyulurdu. İndi isə epidemioloji vəziyyətdən çıxış edərək qaydaları daim gözdən keçirmək lazım gəlir. Çünki əks halda milyonlarla işçinin məşğul olduğu sahəni yenidən işə salmaq mümkün deyil", - UNWTO-nun baş katibi Zurab Pololikaşvili deyib.

İlin yekunlarına görə, beynəlxalq turizm 74 faiz, onun gətirdiyi ixrac gəlirləri isə 1.3 trilyon dollar azalıb.

Xəbər lenti
0