Facebook telefonda

Bu məkan azadlığın simvolu belə deyil - “Facebook”da irqçilik faktları

424
(Yenilənib 18:24 06.03.2021)
Oskar Veneszee və digər 3 iddiaçı bildiriblər ki, “Facebook”da qaradərili vətəndaşların işə götürülməsi və vəzifəsinin yüksəldilməsi prosesində irqçi yanaşma nümayiş etdirilir.

BAKI, 6 mart — Sputnik. “Facebook” şirkətinin işə qəbul və maaş məsələlərində irqçi yanaşma göstərdiyi iddia edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Bərabər İş İmkanları Komissiyası bu iddia əsasında platforma ilə bağlı təhqiqata başlayıb.

Təhqiqat hazırda “Facebook”da çalışan Oskar Veneszee adlı idarəçinin və işə qəbul üçün müraciət etmiş 3 hüquqşünasın şikayəti əsasında başlayıb. İş üçün müraciət edən 3 hüquqşünas şirkətin onlara qarşı ayrıseçkilik etdiyini bildirib.

Oskar Veneszee və digər 3 iddiaçı bildiriblər ki, “Facebook”da qaradərili vətəndaşların işə götürülməsi və vəzifəsinin yüksəldilməsi prosesində irqçi yanaşma nümayiş etdirilir. “Facebook” kompaniyası iddiaları qəbul etməyib və ABŞ-dakı işçilərinin 3.9 faizinin qaradərili olduğunu açıqlayıb.

424
Maykl Cekson, arxiv şəkli

Maykl Ceksonun malikanəsindəki heykəllər hərraca çıxarılıb

4
(Yenilənib 01:09 21.04.2021)
1100 hektar torpaq sahəsi olan malikanənin içində zoopark, lunapark, basketbol meydançası, tennis kortu, hovuz, kinoteatr zalı və 20-yə yaxın bina var. Villanı ötən il sənətçinin milyarder dostu Ron Byorkl 22 milyon dollara alıb.

BAKI, 21 aprel — Sputnik. "Popun Kralı" Maykl Ceksonun ABŞ-ın Kaliforniya ştatındakı "Neverland" adlı malikanəsindəki heykəllər hərraca çıxarılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, tuncdan hazırlanan 28 ədəd heykəli kolleksiyaçılardan biri 2 milyon 500 min dollara (təxminən 4 milyon 250 min manat) satışa çıxarıb.

Qeyd edək ki, 1100 hektar torpaq sahəsi olan malikanənin içində zoopark, lunapark, basketbol meydançası, tennis kortu, hovuz, kinoteatr zalı və 20-yə yaxın bina var. Villanı ötən il sənətçinin milyarder dostu Ron Byorkl 22 milyon dollara alıb.

4
Teqlər:
hərrac, heykəl, malikanə, Maykl Cekson
Qadın rəsm əsərinə baxır, arxiv şəkli

Süni intellekt itirilmiş şedevrləri bərpa etməyi öyrənib - VİDEO

7
(Yenilənib 01:06 21.04.2021)
Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib.

BAKI, 21 aprel — Sputnik. London Universitetinin nəzdindəki kolleclərdən birinin alimləri Entoni Buraçed və Corc Kann süni intellekt və 3D printer vasitəsilə itirilmiş incəsənət əsərlərinin tam rəngli surətini yaratmağa müvəffəq olublar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssislər yeniliyi Pablo Pikassonun Kanadanın Toronto şəhərindəki Ontario incəsənət qalereyasında saxlanılan "Çöməlib oturmuş yoxsul qadın" (1902) əsəri üzərində yoxlayıblar.

Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib. Məsələ bundadır ki, sənətə təzə başlayan Pikasso yeni kətan parça almağa pulu olmadığı üçün "Çöməlib oturmuş yoxsul qadın" əsərini artıq çəkilmiş digər şəkil üzərində həkk edib.

Texnologiya bu faktı aşkara çıxarsa da, Pikassonun müdaxiləsindən əvvəl həmin şəklin görünüşünün necə olduğunu tam təsəvvür etmək mümkün olmayıb.

İndi isə Buraçed və Kann öz yeniliklərini tətbiq edərək kataloniyalı rəssamın itirilmiş əsərinin 100-dən artıq üçölçülü surətini yaradıblar. Onlar printeri elə proqramlaşdırıblar ki, cihaz Rusinolyinin fırçasının izlərini dəqiqliklə təsvir edərək lazımi rəngləri bir-birinə qarışdırıb.

"Bunu əvvəllər heç kim edə bilməyib. Kətan üzərinə bu üsulla boya və mürəkkəbin çəkilməsi üçölçülü çap işində irəliyə doğru atılmış böyük bir addımdır", - deyə Buraçed bildirib.

Hazırda Pablo Pikassonun müasirinin bərpa edilmiş əsərlərinin hər birinin qiyməti 11 min dollardır və hər bir lövhəyə dələduzlardan qorunmaq üçün xüsusi işarə və unikal kod həkk olunur.

 

7
Qərənfil

"Şərəf" ordenli yazarımız vəfat edib

0
(Yenilənib 12:13 21.04.2021)
O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Onun pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub.

BAKI, 21 aprel — Sputnik. Şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtar vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, dramaturq 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1968-1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971-1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Ədib 1978-1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra edib. 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləyib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində işləyib.

O, on bir yaşından bədii yaradıcılıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. Ədib həm şair, həm də dramaturq kimi tanınıb. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Dramaturqun hekayələri "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı" qəzetlərində vaxtaşırı çap olunub. Şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. O, 1984-cü ildən bəstəkar Nəriman Məmmədovla birlikdə solist-xor orkestri üçün "Çiçəklənən Naxçıvan" suitasının mətnini yazıb. Eyni zamanda 90-dan artıq mahnı mətninin müəllifidir.

Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatına - "Şərəf" ordeninə layiq görülüb.

0