BMT Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi

BMT Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

7
(Yenilənib 12:13 28.02.2021)
ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib.

BAKI, 28 fevral — Sputnik. ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

"Xocalıya ədalət" (Justice for Khojaly) adı altında keçirilən sərgidə soyqırımı zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların lentə alınmış fotoları nümayiş etdirilib. Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu rəqəmsal plakatların quraşdırıldığı xüsusi maşın da gətirilib.

Sərgi ABŞ ictimaiyyətinin, yerli medianın, ərazidə olan diplomatların və avtomobillərlə yoldan keçən sakinlərin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar.

Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli və ABŞ-da yaşayan aktiv azərbaycanlı gənclər sərgiyə qatılan insanlara tarix böyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, onların Xocalıda körpə və yaşlı demədən insanlığa sıxmayan vəhşiliklə həyata keçirdikləri cinayətlər haqqında məlumatlar veriblər.

7
Türkiyə hərbçiləri, arxiv şəkli

İrandan Türkiyəni qəzəbləndirəcək plan

80
(Yenilənib 22:55 17.04.2021)
Rusiya ordusuna bağlı birliklər Suriyanın Tel-Rıfat bölgəsini tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib.

BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.

"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.

"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.

 

 

80
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenkoya qarşı sui-qəsd hazırlayanlar Moskvada saxlanılıb

75
Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

BAKI, 17 aprel - Sputnik. Rusiya paytaxtında ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun fiziki yolla hakimiyyətdən kənarlaşdırılmasını planlaşdırırmışlar.

“Rusiya FTX Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı yerli və ukraynalı millətçilərin cəlb edilməsi yolu ilə Belarusda “rəngli inqilab” ssenarisinin işlənilməsi əsasında hərbi çevriliş təşkil etməyi və prezident Aleksandr Lukaşenkonun fiziki olaraq hakimiyyətdən kənarlaşdırılmasını planlaşdıran ABŞ və Belarus vətəndaşlığı olan Yuri Leonidoviç Zenkoviç və Belarus vətəndaşı Feduta Aleksandr İosifoviçin qanunsuz fəaliyyətləri ifşa olunub”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Zenkoviç və Feduta messencerlərdən biri vasitəsilə apardıqları şəxsi söhbətlərində Belarus Respublikasında silahlı üsyan planının müzakirəsini təşkil ediblər və Moskvada ölkənin Silahlı Qüvvələrinin müxalif yönümlü generalları ilə fərdi görüş keçirməyi qərara alıblar.

Zenkoviç Moskvaya gəldikdən sonra ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra görüş paytaxt restoranlarından birinin kabinəsində baş tutub, görüş zamanı sui-qəsdçilər “Belarus generalları”na bildiriblər ki, planlarının uğurla həyata keçirilməsi üçün respublikanın bütün yüksək rəhbərliyini fiziki cəhətdən kənarlaşdırmaq lazımdır.

Onlar xüsusi olaraq xalqa müraciətlərini yayımlamaq üçün radio və televiziya mərkəzlərinin ələ keçirilməsinin və paytaxtda hazırkı hökumətə sadiq olan daxili qoşunlar və çevik polis qüvvələrinin bloklanmasının nəzərdə tutulduğu hərbi çevriliş planını ətraflı müzakirə ediblər.

Belarus prezidentinin hakimiyyətdən kənarlaşdırılması ilə konstitusiya quruluşunun dəyişdirilməsi və ölkənin idarə edilməsini “Milli Sülh Komitəsi”nə həvalə olunması yekun hədəf olaraq qarşıya qoyulmuşdu.

Zenkoviç və Feduta ilə bağlı Belarus istintaq orqanları Cinayət Məcəlləsinin 357-ci maddəsi (sui-qəsd və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə törədilən digər hərəkətlər) ilə cinayət işi başlanılıb.

75