Nikol Paşinyan, arxiv şəkli

Paşinyan inadından dönmür: yenə istefa

37
Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərar prezidentlə baş nazir arasında "yol ölçür". Paşinyan qərarında qəti görünür.

BAKI, 27 fevral - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı yenidən prezident Armen Sarkisyana göndərib.

Bu barədə Sputnik Ermənistan yazır. 

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.

Bu gün Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək baş nazir Nikol Paşinyana qaytarıb

Onun bu qərarını Yerevanda, parlament önündə mitinq edən Paşinyan əleyhdarları alqışlarla qarşılayıblar. 

37
Teqlər:
Nikol Paşinyan, qərar, istefa, Baş Qərargah rəisi, Ermənistan
Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
Raket, arxiv şəkli

Türklərin İraqdakı düşərgəsi raket atəşinə tutulub

6
(Yenilənib 23:56 14.04.2021)
​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.

​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

Baaşika ilə Ərbil arasında məsafə 90 km-dir. 

L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib. 

Xatırladaq ki, bu ilin fevralında Ərbilin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı. Bəzi amerikalı hərbçilərdə beyin silkələnməsi təsbit edilmişdi. Beynəlxalq koalisiyanın məlumatına görə, ümumilikdə 14 raket buraxılmış, onlardan 3-ü Ərbildəki bazaya düşmüşdü.

6
Teqlər:
İraq, Türkiyə
ABŞ əsgəri Əfqanıstanda, arxiv şəkli

NATO ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir

6
(Yenilənib 23:21 14.04.2021)
Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. Prosesin mayda başlanıb, sentyabrda bitirilməsi planlaşdırılır.

BAKI, 14 aprel - Sputnik. NATO ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri qoşunların Əfqanıstandan çıxarılmasına başlanması barədə razılığa gəliblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı DPA agentliyi diplomatik mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, bu qərar NATO ölkələrinin xarici işlər və müdafiə nazirlikləri rəhbərlərinin videokonfransında qəbul olunub.

Alyans prosesi mayın 1-dən başlayaraq bir neçə ay ərzində bitirmək niyyətindədir. Bu barədə NATO-nun bəyanatında deyilir.

Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. ABŞ Prezidenti Cozef Bayden proses zamanı amerikalı əsgərlərə hücum ediləcəyi təqdirdə taliblərə sərəncamında olan "bütün alətlər" vasitəsilə cavab verəcəyi ilə hədələyib. 

"Belə nəticəyə gəldim ki, tariximizdəki ən uzun müharibəni bitirmək və Amerika ordusunu evinə qaytarmaq lazımdır", - xalqa müraciətində ABŞ lideri bildirib.

"Tək mənim özümün razılaşacağım bir situasiya deyil, ancaq razılaşmaya sadiq qalacağam və ABŞ mayın 1-dən etibarən 11 sentyabr terror aktının 20-ci ildönümünədək qoşunlarını Əfqanıstandan çıxaracaq. Tələsməyəcəyik, bunu məsuliyyətlə, götür-qoy edərək, təhlükəsizliyi gözləyərək edəcəyik və proses tərəfdaş və partnyorlarımızla tam koordinasiya şəraitində keçiriləcək", - Bayden deyib. 

"Biz bölgədəki digər ölkələrdən, ilk növbədə Pakistan, Rusiya, Çin, Hindistan və Türkiyədən Əfqanıstanı dəstəkləmək üçün daha çox səy göstərmələrini xahiş edəcəyik. Onların hamısı Əfqanıstanın gələcəyinə əhəmiyyətli yatırım edib", - ABŞ Prezidenti əlavə edib.

6
Teqlər:
ABŞ, Əfqanıstan, NATO