Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidentindən manevr: qərarı Paşinyana qaytardı - YENİLƏNİB

50
(Yenilənib 18:26 27.02.2021)
Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi.

BAKI, 27 fevral - Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək baş nazir Nikol Paşinyana qaytarıb. 

Bu barədə Sputnik Ermənistan yazır.

Qərar qəbul etmək üçün Sarkisyanın 3 günü vardı, vaxt da bu gecə 00:00-da bitirdi. Məsələ üç yolla həll oluna bilərdi: Sarkisyan qərarı imzalayır; üç gün ərzində imzalamır və Qasparyanın qovulması qərarı avtomatik olaraq qüvvəyə minir; öz qeydlərini də əlavə edərək baş nazirə qaytarır.

Əgər baş nazir öz qərarını geri götürməsə və yenidən prezidentə yönləndirsə, o zaman sonuncu sənədin uyğunluğu barədə qərar verməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 

-------

17:55

Ermənistan prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasına dair qərar verməsi üçün ayrılan vaxt şənbədən bazara keçən vaxt, gecəyarısı bitir. 

Bunu Sputnik Ermənistan-a prezidentin müşaviri Asmik Petrosyan deyib. 

"Prezident hansısa qərara gəlibmi?" sualına Petrosyan: "Cavab verməkdə çətinlik çəkirəm", - söyləyib.

Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi. 

Hazırda parlament önündə keçirilən mitinqdə "Vətənin xilası naminə hərəkat"ın koordinatoru, daşnak İşxan Saqatelyan bildirmişdi ki, prezident 18:00-da qərar verəcək və müxalifət də bundan sonrakı hərəkətləri barədə məlumatı açıqlayacaq. Hüquq mütəxəssisləri isə Sarkisyana verilən müddətin bazar səhəri bitəcəyini qeyd ediblər. Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.

50
Teqlər:
qərar, prezident, istefa, Baş Qərargah rəisi, dövlət çevrilişi cəhdi, Ermənistan
Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

5
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

44
(Yenilənib 23:35 19.04.2021)
Müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub.

BAKI, 19 aprel - Sputnik. 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.

Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:

“Eyni zamanda Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan münasibətlərinə qəsdən zərər vurmaqla bağlı cəhdlər də olub. Destruktiv proseslərin asanlaşdırılması üçün Gürcüstanın cari hadisələrdə müxtəlif formada iştirak etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb”.

Qeyd edilib ki, müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub: “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”.

44