Yerevanda etirazlar, arxiv şəkli

Hökumətdən təxribat gözləyən ermənilər parlamentin önünə toplaşırlar

18
(Yenilənib 15:53 27.02.2021)
Müddətsiz aksiyaya başlayan birləşmiş müxalifət hökumətin parlament qarşısında keçirilməsi planlaşdırılan mitinqdə provokasiya törədəcəyi barədə xəbərdarlıq edib

BAKI, 27 fevral - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları növbəti mitinq üçün Yerevanda, parlament binasının qarşısına toplaşırlar. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şənbə günü mitinqə gələnlərin sayı dünən etiraz edənlərdən çoxdur. Mitinq təşkilatçıları Baqramyan prospektində səhnə quraşdırırlar. Polis isə parlament tərəfə əlavə güc yığıb - binanın ətrafında kordon qurulub, prospektdə isə xeyli sayda polis maşını və avtobusu var. 

Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.

Müddətsiz aksiyaya başlayan birləşmiş müxalifət hökumətin parlament qarşısında keçirilməsi planlaşdırılan mitinqdə provokasiya törədəcəyi barədə xəbərdarlıq edib.

"Hökumət Baaqramyan prospektində təxribat törətməyə cəhd edir. Əsirlərin və itkin düşmüşlərin problemləri, onların valideynləri üzərində spekulyasiya edən hökumət bu məqsədlə bəzi qrupları parlamentin yanında toplaşan isnanların üzərinə göndərəcək", - Paşinyanın istefasını istəyən iyirmiyədək siyasi qüvvəni birləşdirən "Vətənin xilası naminə hərəkat"ın bəyanatında deyilir.

Hərəkatın sosial şəbəkədə yerləşdirdiyi bəyanatda vətəndaşları təxribata uymamağa, polisi isə xoşagəlməz insident və onların nəticələrinin qarşısını almağa səsləyirlər. 

"Əks halda bu nəticələrə görə məsuliyyəti hökumət daşıyacaq", - məlumatda deyilir.

 

18
Teqlər:
polis, parlament, Nikol Paşinyan, mitinq, cəhd, dövlət çevrilişi, Ermənistan
Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

8
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

8
İsrailin müstəqilliyinin 73-cü ildönümü

İsraildə maska ilə bağlı kritik qərar verildi

17
Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub.

BAKI, 17 aprel — Sputnik. Dünyada koronavirusa qarşı ən çox peyvənd edən İsrail sabahdan etibarən açıq havada maska ​​taxmaq məcburiyyətini ləğv edir.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, İsrail səhiyyə naziri Yuli Edelstein məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilərkən, qapalı yerlərdə maska taxmağın məcburi olması davam edəcək.

İsraildə peyvənd kampaniyasından sonra koronavirus xəstəliyinə tutulanların sayında əhəmiyyətli azalma olub, məhdudlaşdırma tədbirləri isə fevralın 21-dən etibarən tədricən yumşaldılır.

Baş nazir Binyamin Netanyahu "Pfizer&BioNTech" peyvəndinin ölkəyə tədarükünü təmin edib.

Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Bu da ölkə əhalisinin təxminən 61 faizi deməkdir.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, son günlər ölkədə günlük "COVID-19" xəstələrinin sayı 200-dən aşağı düşüb. Yanvar ayının ortalarında isə günlük xəstələrin sayı 10 min civarında idi. Bu səbəbdən peyvəndin İsraildə normallaşmanı təmin etdiyi düşünülür. Ölkədə bu günə qədər 6 min 312 nəfər koronavirus səbəbindən ölüb, ümumi xəstəlik sayı isə 836 mini keçib.

17
İnsanın kölgəsi, arxiv şəkli

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

0
(Yenilənib 19:02 17.04.2021)
Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

0