Co Bayden, arxiv şəkli

Bayden İrana sərt mesaj göndərdi Ehtiyatlı olun

23
(Yenilənib 17:11 27.02.2021)
Pentaqon qeyd edib ki, zərbələr bu yaxınlarda İraqda ABŞ və koalisiya qüvvələrinə qarşı edilən hücuma cavabdır.

BAKI, 27 fevral — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Co Bayden Suriyaya zərbələrdən sonra İrana "ehtiyatlı olmağı" məsləhət görüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Siz cəza olmadan hərəkət edə bilməzsiniz. <...> Ehtiyatlı olun", - deyə Bayden "Tehrana hansı mesajı göndərmək istəyərsiniz?" sualına cavab olaraq bildirib.

Qeyd edək ki, fevralın 26-da Pentaqon bəyan edib ki, Suriya-İraq sərhədində, İran tərəfdarı olan hərbi "Kataib Hizbullah" və "Kataib Sayid əş-Şuhada" qruplarının mövqelərinə zərbələr endirib. Pentaqon qeyd edib ki, zərbələr bu yaxınlarda İraqda ABŞ və koalisiya qüvvələrinə qarşı edilən hücuma cavabdır.

23
Teqlər:
Suriya, mesaj, Co Bayden, İran, ABŞ
Советский летчик-космонавт, Герой Советского Союза Юрий Алексеевич Гагарин. Репродукция.

Bəşəriyyət tarixinin ən vacib günlərindən biri

319
(Yenilənib 23:53 11.04.2021)
1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarin, “Baykonur” kosmodromundan start götürərək, “Vostok-1” kosmik gəmisində kosmosa ilk uçuşu həyata keçirib.

BAKI, 12 aprel - Sputnik. 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Yuri Qaqarin dünyanın bir çox ölkəsinin fəxri vətəndaşıdır. “Vostok” eniş etdikdən sonra Qaqarin dərhal bir anda SSRİ-nin ən məşhur insanı oldu.

Məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, 747 sutka, 17 saat açıq fəzada olub. Bir uçuşun davamiyyətinə görə isə lider ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat uçuş keçirib. 

319

Türkiyənin Çorum vilayətində zəlzələ baş verib

7
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

7
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

0
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

0