Yerevanda etirazlar

Müxalifət Ermənistan Parlamentinə girişi bağlayır: impiçment hazırlanır

51
(Yenilənib 18:42 25.02.2021)
Vazgen Manukyan bütün gecəni parlament binasının yanında keçirəcəyini bəyan edib. Müxalifət impiçment təşkil edilməsi üçün deputatları bir-bir tapıb gətirməyə hazırdır

BAKI, 25 fevral - Sputnik. Müxalifət qüvvələri Ermənistan parlamentinin girişlərini bağlayırlar. Bu barədə Baqramyan prospektində keçirilən mitinqdə "Vətənin xilası uğrunda hərəkatın" lideri Vazgen Manukyan bildirib. 

"Bu küçəni bağlayırıq, biz parlamentin deputatlarını toplamalıyıq ki, impiçment keçirsinlər", - o deyib.

Manukyan əlavə edib ki, səbrli olub bütün gecəni parlamentin yanında keçirmək gərəkdir. Onun sözlərinə görə, bu, tarixi andır və onu əldən verməklə ermənilər vətənlərini itirəcəklər.

Hərəkatın koordinatoru, "Daşnaksütun" partiyasınını üzvü İşxan Saqatelyan isə Dəmirçiyan küçəsi tərəfdən parlamentə girişi zibil konteynerləri ilə bağlayaraq barrikada qurulmasını təklif edib. O deyib ki, çadırlar qurularaq bütün lazımi xidmətlər təşkil olunacaq.

"Hamımız burada qalırıq. Ya deputatlar özləri gələcəklər, ya da biz onları gətirəcəyik", - Saqatelyan deyib.

Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Paşinyan mesaj göndərdi: "Ölkə daxilində düşmənlərimiz yoxdur">>

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

 

51
Teqlər:
impiçment, müxalifət, parlament, Ermənistan
Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Çindən vaksinlərlə bağlı şok etiraf

2917
(Yenilənib 12:07 12.04.2021)
Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir.

BAKI, 12 aprel — Sputnik. Çin ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bunu Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu bildirib.

"Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur", - deyə Qao Fu qeyd edib.

O, həmçinin bildirib ki, Çin rəhbərliyi müxtəlif istehsal olan peyvəndlərin qarışdırılması (ayrı-ayrı peyvəndlərin vurulması) imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir. Müqayisə üçün Rusiya istehsalı "Sputnik V" və ABŞ/Almaniya istehsalı "Pfizer" peyvəndində bu göstərici 95 faizdən artıqdır.

Bu arada "Sinovac" şirkətinin məlumatlarına görə, onların vaksini 80% hallarda "COVID-19"-un ağır şəkildə keçməsinin qarşısını alır. Çinin özündə koronavirus əleyhinə xarici preparatların istifadəsi qadağandır.

Ötən həftənin məlumatına görə, Çində "COVID-19"əleyhinə 164 milyon dozadan artıq vaksindən istifadə olunub. Çin əhalisinin özü isə 1,3 milyard nəfərdir. Daha əvvəl rəsmi Pekin bildirmişdi ki, yay fəslinin ortalarına qədər milyarddan çox əhalinin vaksinasiya edilməsi planlaşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 milyonu keçib, 2,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

2917
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

6
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

6

Ordumuzun raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb

0
Təlimlərdə əsas səylər gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

0