BAKI, 25 fevral — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklər idarə rəhbərləri və komandirləriin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. “Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan və məsuliyyətsiz addımdır”, - deyə bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Ermənistanın Baş naziri və onun hökuməti bu həyatı əhəmiyyətli və böhran anında artıq adekvat qərarlar qəbul etmək iqtidarında deyil.
BAKI, 12 aprel — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın Nətənz Nüvə Mərkəzində baş verən qəzaya reaksiya verib. Agentlikdən bildirilib ki, qəza ilə bağlı İran hakimiyyəti ilə əlaqə saxlanılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu MAQATE-nin nümayəndəsi Fredrik Dal deyib.
"Nətənz hadisəsi ilə bağlı dünən mediada gedən məlumatlardan xəbərimiz var və bununla bağlı İran rəhbərliyi ilə əlaqə saxlayırıq ", – deyə Dal bildirib.
Qeyd edək ki, dünən səhər saatlarında İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İranın Nətənz Nüvə Mərkəzində qəza baş verdiyini, nəticədə insan tələfatı və çirklənmə olmadığını və qəzanın səbəblərinin araşdırıldığını bildirib.
İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi isə vurğulayıb ki, İranın Nətənz Nüvə Mərkəzindəki qəza hücum və "nüvə terrorizmi"nin nəticəsidir.
"İran Beynəlxalq Atom Enerjisi Agentliyini bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır", – deyə o qeyd edib.
BAKI, 12 aprel — Sputnik. Türk musiqisinin ən məşhur simalarından biri olan İbrahim Tatlısəs doqquz il sonra "İbo Show" verilişi ilə ekranlara qayıdıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star TV"-də efirə çıxan proqramın yeni buraxılışının qonaqları məlum olub.
Verilişin 22-ci sayında Deniz Seki, Erkan Petekkaya, Sinan Akçıl ve İrem Derici iştirak edəcəklər.
Bundan başqa, verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək. Proqram aprelin 17-də, Bakı vaxtı ilə saat 21.00-da yayımlanacaq.
BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.
Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.
1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.
Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.
Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.
İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.