Koronavirus xəstəsi

Ermənistanda koronavirusa yoluxanların sayı 171-ə yaxınlaşır

8
(Yenilənib 20:54 24.02.2021)
Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.

BAKI, 24 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 170945-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 273 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Raket, arxiv şəkli

Türklərin İraqdakı düşərgəsi raket atəşinə tutulub

6
(Yenilənib 23:56 14.04.2021)
​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.

​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

Baaşika ilə Ərbil arasında məsafə 90 km-dir. 

L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib. 

Xatırladaq ki, bu ilin fevralında Ərbilin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı. Bəzi amerikalı hərbçilərdə beyin silkələnməsi təsbit edilmişdi. Beynəlxalq koalisiyanın məlumatına görə, ümumilikdə 14 raket buraxılmış, onlardan 3-ü Ərbildəki bazaya düşmüşdü.

6
Teqlər:
İraq, Türkiyə
ABŞ əsgəri Əfqanıstanda, arxiv şəkli

NATO ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir

6
(Yenilənib 23:21 14.04.2021)
Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. Prosesin mayda başlanıb, sentyabrda bitirilməsi planlaşdırılır.

BAKI, 14 aprel - Sputnik. NATO ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri qoşunların Əfqanıstandan çıxarılmasına başlanması barədə razılığa gəliblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı DPA agentliyi diplomatik mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, bu qərar NATO ölkələrinin xarici işlər və müdafiə nazirlikləri rəhbərlərinin videokonfransında qəbul olunub.

Alyans prosesi mayın 1-dən başlayaraq bir neçə ay ərzində bitirmək niyyətindədir. Bu barədə NATO-nun bəyanatında deyilir.

Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. ABŞ Prezidenti Cozef Bayden proses zamanı amerikalı əsgərlərə hücum ediləcəyi təqdirdə taliblərə sərəncamında olan "bütün alətlər" vasitəsilə cavab verəcəyi ilə hədələyib. 

"Belə nəticəyə gəldim ki, tariximizdəki ən uzun müharibəni bitirmək və Amerika ordusunu evinə qaytarmaq lazımdır", - xalqa müraciətində ABŞ lideri bildirib.

"Tək mənim özümün razılaşacağım bir situasiya deyil, ancaq razılaşmaya sadiq qalacağam və ABŞ mayın 1-dən etibarən 11 sentyabr terror aktının 20-ci ildönümünədək qoşunlarını Əfqanıstandan çıxaracaq. Tələsməyəcəyik, bunu məsuliyyətlə, götür-qoy edərək, təhlükəsizliyi gözləyərək edəcəyik və proses tərəfdaş və partnyorlarımızla tam koordinasiya şəraitində keçiriləcək", - Bayden deyib. 

"Biz bölgədəki digər ölkələrdən, ilk növbədə Pakistan, Rusiya, Çin, Hindistan və Türkiyədən Əfqanıstanı dəstəkləmək üçün daha çox səy göstərmələrini xahiş edəcəyik. Onların hamısı Əfqanıstanın gələcəyinə əhəmiyyətli yatırım edib", - ABŞ Prezidenti əlavə edib.

6
Teqlər:
ABŞ, Əfqanıstan, NATO