BAKI, 23 fevral — Sputnik. Ermənistan müxalifəti paytaxt Yerevanda Nazirlər Kabinetinin önündə etiraz aksiyası keçirir. Sputnik Ermənistan xəbər verir ki, aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın ünvanına "Nikol satqın", "Nikol, türk" şüarları səsləndiriblər.
Nikol Paşinyan isə aksiyaya baxmayaraq hökumət binasına gəlib.
Bundan sonra Ermənistan Polisi Nazirlər Kabinetinin №3 saylı binasının qarşısında etiraz edən şəxslərə sərt şəkildə müdaxilə etməyə başlayıb.
Hazırda aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma yaşanır.
Rəsmi məlumatlara görə, polis bölməsinə 51 müxalifətçi gətirilib.
Bu arada Ermənistan müxalifətinin nümayəndəsi Qeqam Manukyan isə saat 18:00-da Yerevanda yeni mitinq keçiriləcəyini bildirib.
BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib.
Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur.
Otokar’s new mine resistant ambush protected vehicle COBRA II MRAP
— Otokar (@OtokarAS) March 3, 2021
COBRA II MRAP provides superior protection against ballistic, mine and IED threats while maintaining high cross-country mobility in battlefield conditions with its independent suspension system. pic.twitter.com/swyGDNDElJ
Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir.
Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur.
BAKI, 3 mart - Sputnik. ABŞ bundan belə rejimləri devirərək demokratiyanı güclə yeritməkdən əl çəkəcək. Çünki bunun artıq heç bir nəticəsi yoxdur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Amerikalılara televiziya ilə müraciətində o qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.
"Ancaq biz onu bahalı hərbi əməliyyatlar və ya avtoritar rejimləri güclə yıxmaq yolu ilə təşviq etməyəcəyik. Keçmişdə bu cür taktikanı sınadıq, niyyətimizin nə qədər xoş olmasına rəğmən, bu taktika işləmədi", - dövlət katibi deyib.
Onun sözlərinə görə, Vaşinqton bunu "başqa cür" edəcək, islahat və demokratiya cəhdlərində nümunə olmaqla.
Xatırladaq ki, Münhen konfransında ABŞ prezidenti Co Bayden "Amerikanın dünya arenasına qayıtdığını" bəyan etmişdi. Onun xarici siyasətində əsas yeri isə Avropa ilə əməkdaşlıq tutacaq.