BAKI, 23 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 170672-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 166 nəfər artıb.
Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3171-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162329 nəfər olub. Hazırda bu ölkədə 4 366 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 24 fevral — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı, həmçinin ondan ölənlərin sayı azalmağa davam edir, lakin koronavirus mutasiyasının aşkarlandığı ölkələrin sayı artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilib.
"Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır. Yeni ölüm faktlarında da azalma qeydə alınır. Belə ki, ötən həftə təxminən 66 min yeni ölüm faktı qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 20% çoxdur", - deyə ÜST-ün məlumatında bildirilir.
Bu arada ÜST bildirir ki, koronavirusun yeni ştamları yayılmağa davam edir. Son məlumatlara görə, "Britaniya" ştammı artıq 101 ölkədə, "Cənubi Afrika" ştammı 51, "Braziliya" ştammı isə 29 ölkədə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 112,1 milyonu keçib, 2,48 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 24 fevral — Sputnik. Azərbaycan vətəndaşları martın 1-dən etibarən koronavirus infeksiyası ilə bağlı mənfi PZR testi olduğu təqdirdə hava yolu ilə Gürcüstana səfər edə biləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstanın Koordinasiya Şurasının iclası zamanı qərar verilib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qeyd edib ki, ölkəsi Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna vətəndaşlarının Gürcüstana girişinin asanlaşdırılması ilə bağlı qərar verib.
"Quru sərhədlərimizdə bu günə olan rejim qüvvədə qalacaq", - deyə Qaribaşvili qeyd edib.
Bundan əlavə, Gürcüstan hökuməti ölkədə komendant saatından başqa bütün məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Belə ki, fevralın 25-dən ölkədə şəhərlərarası nəqliyyat işləyəcək, martın 8-dən isə iaşə müəssisələri qapılarını açacaq.
Qeyd edək ki, Gürcüstanda komendant saatı 21:00-da başlayır və 05:00-da bitir.
BAKI, 24 fevral — Sputnik. Rusiya rəhbərliyinin koronavirusla mübarizə ilə əlaqədar bu ölkəyə qarşı hazırlanan təxribatlar barədə məlumatı var. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, postsovet məkanında bir sıra ölkələrdə olduğu kimi, Rusiyanı zəiflətmək və xarici nəzarət altına almaq istəyirlər.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.