Lukaşenko: "Bizim öz vaksinimiz olacaq"

© © BelTA Pool Photo via APПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
Aleksandr Lukaşenko əlavə edib ki, Belarus hazırda Rusiyanın yolu ilə gedir, amma eyni zamanda ondan aktiv şəkildə vaksin alır.

BAKI, 22 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkəsinin payızda koronavirus əleyhinə vaksini olacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Sizin artıq üç qeydiyyatdan keçmiş vaksininiz var və biri hazırlanır. Biz də bu yolla gedirik. Payız ayında biz də öz vaksinimizi alacağıq, bizdə mütəxəssislər var", - deyə Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Lukaşenko əlavə edib ki, Belarus hazırda Rusiyadan aktiv şəkildə vaksin alır.

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Джон Магуфули, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Koronavirusdan xilas olmaq üçün 3 gün dua edin – vaksinə inanmayan prezidentin çağırışı

Həm peyvənd, həm də plasebo vurulmuş 19 866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

Xəbər lenti
0