Tesla, фото из архива

Bazarda bircə ay duruş gətirmədi. Tesla ucuz avtomobilin satışını dayandırdı

25
(Yenilənib 01:33 22.02.2021)
Bundan əvvəlki daha prestijli Long Range versiyasının qiymətini Tesla şirkəti min dollar aşağı salmışdı.

BAKI, 22 fevral - Sputnik. Amerikanın Tesla şirkəti elektriklə işləyən krossoverlərin qənaətcil Model Y versiyasının satışını dayandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Electrek portalı yazıb.

Bildirilir ki, həmin avtomobillər cəmi bir ay idi ki, satışa çıxarılmışdı. Bir dəfə yükləndikdən sonra 392 km yol qət edə bilən Standard Range elektromobili şirkətin saytından silinib. Bu modelin ilkin satış qiyməti 42 min dollar idi. 

Bundan əvvəlki daha prestijli Long Range versiyasının qiymətini şirkət min dollar aşağı salmışdı. 

Qeyd edək ki, bu yaxınlarda Tesla Çin bazarından da 36126 elektromobili geri çağırıb.

25
Teqlər:
satış, elektromobil, avtomobil, Tesla” şirkəti
Fransalı deputat Olivye Dasso həyat yoldaşı Aleksandra və qızı Helena ilə, arxiv şəkli

Fransalı deputat pilotla birlikdə helikopter qəzasında həlak olub

7
(Yenilənib 23:30 07.03.2021)
Hadisə nəticəsində Fransa parlamentinin deputatı, 69 yaşlı milyarder Olivye Dasso və pilot həlak olublar.

BAKI, 7 mart - Sputnik. Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib. Sputnik Azərbaycan Fransa mediasına istinadla xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa parlamentinin deputatı, milyarder, 69 yaşlı Olivye Dasso həlak olub. Qəza zamanı Respublikaçılar Partiyasının üzvü ilə yanaşı helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron Twitter hesabında həlak olanların ailələrinə başsağlığı verib.

Olivye Dassonun atası Serj Dasso məşhur siyasətçi və biznesmen olub. 

7
F-16 qırıcısı, arxiv şəkli

ABŞ qırıcılar üçün yeni lazer toplarını sınaqdan keçirəcək

8
(Yenilənib 22:20 07.03.2021)
Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

BAKI, 7 mart — Sputnik. ABŞ-da yeni lazer topunun maketi hazırlanıb. Həmin toplarla qırıcılar təchiz ediləcəklər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Shield sisteminin sınaqdan keçirilməsinə yayda başlanılacaq. Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

Planlaşdırıldığına görə, lazertəyyarəyə yaxınlaşan "yer-hava" və "hava-hava" tipli raketləri vurmalıdır.

Ekspertləri isə hesab edirlər ki, enerji qurğusunun ölçülərinə görə lazerlərin hərbi təyyarələrə inteqrasiyasına on illər lazımdır.

8
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0