Bərbərxana, arxiv şəkli

Karantindən sonra ilk dəfə saçını kəsdirən... 422 avro ödəyəcək

18
Koronavirus pandemiyasına görə bir çox ölkələrdə tətbiq olunan sərt karantin qaydaları gündəlik qazancı əlindən çıxan insanları fərqli üsullara əl atmağa vadar edir

BAKI, 21 fevral - Sputnik. Almaniyanın Bayroyt şəhərindən olan bərbər Andreas Nuysl eBay platformasında lokdaundan sonra saç kəsimi xidmətinə görə növbəyə birinci yazılmaq istəyənlər üçün hərrac keçirib. 

Bu barədə DPA agentliyi yazır.

Lotun adı belə olub: "10 həftəlik lokdaundan sonra 2021-ci il martın 1-də 08:00-da saç kəsimi üçün növbədə birinci yer". Xidmətin ilkin qiyməti 288 avro göstərilib. Fevralın 12-dən 20-dək davam edən hərracda qiymət 422 avroyadək qalxıb. Bu pul müqabilində lokdaundan sonra ilk dəfə saçını kəsdirmək şərəfinə 43 yaşlı kişi nail olub.

Bundan başqa, bərbər 1310 avro da yığa bilib, bu məbləği o, uşaqlara yardım üçün xərcləməyi fikirləşir. 

Almaniya hökuməti isə lokdaunu martın 7-dək uzadıb. 

 

18
Teqlər:
hərrac, Almaniya, bərbər
Fransalı deputat Olivye Dasso həyat yoldaşı Aleksandra və qızı Helena ilə, arxiv şəkli

Fransalı deputat pilotla birlikdə helikopter qəzasında həlak olub

5
(Yenilənib 23:30 07.03.2021)
Hadisə nəticəsində Fransa parlamentinin deputatı, 69 yaşlı milyarder Olivye Dasso və pilot həlak olublar.

BAKI, 7 mart - Sputnik. Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib. Sputnik Azərbaycan Fransa mediasına istinadla xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa parlamentinin deputatı, milyarder, 69 yaşlı Olivye Dasso həlak olub. Qəza zamanı Respublikaçılar Partiyasının üzvü ilə yanaşı helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron Twitter hesabında həlak olanların ailələrinə başsağlığı verib.

Olivye Dassonun atası Serj Dasso məşhur siyasətçi və biznesmen olub. 

5
F-16 qırıcısı, arxiv şəkli

ABŞ qırıcılar üçün yeni lazer toplarını sınaqdan keçirəcək

8
(Yenilənib 22:20 07.03.2021)
Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

BAKI, 7 mart — Sputnik. ABŞ-da yeni lazer topunun maketi hazırlanıb. Həmin toplarla qırıcılar təchiz ediləcəklər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Shield sisteminin sınaqdan keçirilməsinə yayda başlanılacaq. Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

Planlaşdırıldığına görə, lazertəyyarəyə yaxınlaşan "yer-hava" və "hava-hava" tipli raketləri vurmalıdır.

Ekspertləri isə hesab edirlər ki, enerji qurğusunun ölçülərinə görə lazerlərin hərbi təyyarələrə inteqrasiyasına on illər lazımdır.

8
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0