Qazaxıstanda güclü partlayış: ölən və yaralılar var - VİDEO

© Sputnik / Roman Vladimirov / Mediabanka keçidEvdə partlayış
Evdə partlayış - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Hadisənin qaz balonunun partlaması səbəbindən baş verdiyi deyilir. Ərazi əhatəyə alınıb, yanğının söndürülməsi və xəsarət alanların axtarışı davam edir

BAKI, 21 fevral - Sputnik. Qazaxıstanın Petropavlovsk şəhərində beşmərtəbəli binada partlayış olub. Hadisə nəticəsində bir nəfər həlak olub.

Bu barədə Sputnik Qazaxıstan xəbər verir. Bildirilir ki, öncə iki nəfərin öldüyü deyilib. Bir qədər sonra isə məlum olub ki, hadisə yerindən 13 nəfər xəstəxanalara çatdırılıb, onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiyaya düşən kişi ölüb, qadın isə ağır vəziyyətdədir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Казахстан (@sputniknewskz)

Hadisənin qaz balonunun partlaması səbəbindən baş verdiyi deyilir. Ərazi əhatəyə alınıb, yanğının söndürülməsi və xəsarət alanların axtarışı davam edir. 

Xəbər lenti
0