Gürcüstan parlamenti

Gürcüstan narahatdır: Regionda olduqca mürəkkəb vəziyyət yaranıb

29
(Yenilənib 18:41 20.02.2021)
David Zalkaliani: "Mən bununla bağlı azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla müəyyən mövzularda müzakirələr aparmışam. Məsələ ilə əlaqədar azərbaycanlı və türkiyəli tərəfdaşlarımızla da müzakirə aparacağam”, -

BAKI, 20 fevral - Sputnik. Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani “3+3” platformasına dair Azərbaycan və Türkiyədən olan həmkarları ilə müzakirələr aparacaq. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu D. Zalkaliani parlamentin komitə iclasında çıxışı zamanı deyib. O bildirib ki, regionda olduqca mürəkkəbə vəziyyət yaranıb və təklif edilən platformalarla bağlı yekun qərarı Cənubi Qafqazın üç ölkəsi verməlidir. 

“Regionda olduqca mürəkkəb vəziyyət yaranıb, biz “3+3”, “3+2” kimi müxtəlif önəmli platformaların yaradılmasının təklif edildiyini görürük. Məsələ tərəfdaş ölkələrlə dialoqun aparılmasını tələb edir və qərar qəbul etmək sadəcə Cənubi Qafqazın üç ölkəsinin öhdəsinə düşür. Mən bununla bağlı azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla müəyyən mövzularda müzakirələr aparmışam. Eyni zamanda, məsələ ilə əlaqədar azərbaycanlı və türkiyəli tərəfdaşlarımızla da müzakirə aparacağam”, - deyə D. Zalkaliani qeyd edib.

 

29
Teqlər:
Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

4
(Yenilənib 13:21 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Hətta ABŞ və Kanada sərhədindəki Niaqara şəlaləsi də donub

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də donub.

Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

4

ABŞ konqresmeni: Uzunmüddətli sülh bütün dünyanın marağındadır

5
ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bəyanatda, 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. 1980-ci illərin sonunda Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, Xocalı faciəsinin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra, son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı və dua edildiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.

ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Bu faciənin ildönümünün qətlə yetirilmiş bütün kişi, qadın, uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt, ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dilində mətni ilə bu internet səhifəsində tanış olmaq mümkündür.

5
Teqlər:
ABŞ Konqresi, ABŞ, Xocalı, Azərbaycan, Qarabağ

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

0
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

0
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı