Fələstinlilər, arxiv şəkli

Yüz minlərlə fələstinli yerini itirib

14
(Yenilənib 20:55 20.02.2021)
BMT-nin Yaxın Şərq üzrə Xüsusi Koordinasiya Mərkəzinin açıqladığı hesabatda İsrail blokadasında yaşayan fələstinlilərin təxminən yarısının insani yadıma ehtiyac duyduğu təsdiqlənib.

BAKI, 20 fevral — Sputnik. Fələstinlilərin yarısı humanitar yardıma ehtiyac duyur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilir.

BMT-nin Yaxın Şərq üzrə Xüsusi Koordinasiya Mərkəzinin açıqladığı hesabatda İsrail blokadasında yaşayan fələstinlilərin təxminən yarısının insani yadıma ehtiyac duyduğu təsdiqlənib.

Məlumatda bildirilib ki, ötən 2020-ci il 1994-dən bu yana fələstinlilər üçün ən pis il olub. Koronavirus səbəbiylə tətbiq edilən məhdudiyyətlər üzündən 100 minlərlə fələstinli işini itirib. Bu dövrdə Fələstin iqtisadiyyatında 10 faiz azalma qeydə alınıb. Tətbiq edilən qadağalara görə, vəziyyətin daha da kəskinləşəcəyi gözlənilir.

14
Teqlər:
BMT, BMT Fələstin, Fələstin
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

4
(Yenilənib 12:48 05.03.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,6 milyonu keçib, 2,56 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 5 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 173 749-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 442 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 215-ə çatıb. Xəstəlikdən sağalanların sayı 164 463 nəfər olub. Hazırda bu ölkədə 5 249 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,6 milyonu keçib, 2,56 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
Ermənistan, statistika, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyədə qəzaya uğramış helikopter

Türkiyədə baş verən helikopter qəzasının ilkin səbəbləri açıqlandı

199
(Yenilənib 10:06 05.03.2021)
Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

BAKI, 5 mart — Sputnik. Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə bağlıdır.

APA xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır”, - nazir Akar belə deyib.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını deyib: “Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”.

H.Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Bitlisdəki hərbi helikopter qəzasında 11 hərbçi həlak olub.

Şəhidlərin arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

199
 Əlil, arxiv şəkli

Birinci qrup əlilliyi olanlar əmək qabiliyyətli sayılırlar

0
(Yenilənib 13:17 05.03.2021)
"Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər".

BAKI, 5 mart — Sputnik. "Bizim qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Amma I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn "Sosial saat" verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər: "Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər".

0
Teqlər:
qabiliyyət, , əlillik